вторник, 1 ноября 2016 г.

Qusar rayonunda "Gənclər Dini Zorakılığa" qarşı təlimlərnə start verildi

“Gənclər dini zorakılığa qarşı” layihəsinə  Qusar rayonunda  təlimlərə və yeni müsabiqəyə start verildi.

29.10.2016-cı il tarixdə Qusar  rayonunda Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” ictimai birliyi tərəfindən “Gənclər dini zorakılığa qarşı” layihəsi çərçivəsində təlim baş tutdu.  Təlimdə 80 nəfər Gənc iştirak edirdi,

Tədbir zamanı layihənin rəhbəri Ramil Süleymanov layihənin məqsədi və layihənin icra planı barədə geniş məlumat vermişdir. Beləki, layihənin əsas məqsədi region gəncləri arasında tolerantlıq, dini dözümlülük, radikallıq mənfi fəasadları barədə məlumatlandırmaqdır. Təlim olduqca maraqlı bir mühitdə baş tutdu.  Təlim zamanı çıxış edən natiqlər dini ekstrimiz, əsas mahiyyəti, radikal dini qrumların törətdikləri fəsadlar haqqında yuxarı sinif şagirdlərini  məlumatlandırdılar. Təlim qarşılıqlı sual cavab və maraqlı dialoq formatında baş tutdu. Bu təlimdə də Qusar  rayonu üçün, “Gənclər Dini Zorakılığa qarşı” mövzusunda Esse müsabiqəsinə start verildi.  Təlim zamanı gənclər bir daha əmin oldular ki, bu gün onların vəzifəsi yaxşı oxumaq, cəmiyyətə faydalı bir şəxsiyyət olmaqdır.



Комментариев нет:

Отправить комментарий