“Şah və Mat” layihəsinin ilk
turu keçirildi
Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyilə 25 noyabr 2016-ci il
tarixində Sumqayıt şəhərində “Şah və Mat” məktəblilər arasında şahmat yarışı
layihəsi çərçivəsində şahmat yarışı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan
layihə rəhbəri Ağazadə Zaur yarışın məqsəd və nəticələrini qeyd etmiş və
ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və
gənclərə göstərilən diqqət və qayğıdan danışmışdır. Layihənin məqsədi gənclər
arasında şahmat oyununa marağın artırılması, bu istiqamətin həyata
keçirilməsində məktəblilərin intellektual inkişaf səviyyəsinin yüksəldilməsi,
asudə vaxtının təşkili, Sumqayıt şəhərində intellektual yönümlü müsabiqə və
yarışların kütləviləşməsi, bu tip tədbirlərə məktəblilərin daha geniş şəkildə
cəlb edilməsi, onların ictimai fəallığının artırılması və özlərinə inam hissinin
formalaşdırılması kimi məqsədləri qarşıya qoymuşdur.
Yarışmadan öncə
məktəblilərə təlim keçilmiş, mühüm gedişlər, dünya təcrübəsi, oyun zamanı
buraxılan səhvlər izah edilmişdir. Yarışma olimpiya sistemi üzrə 100 nəfər
iştirakçı arasında keçirilmiş və 4 saata yaxın gərgin mübarizə davam etmişdir. 

Комментариев нет:
Отправить комментарий