Hammızın içində,ortaya çıxmaq üçün uyğun şəraiti gözləyən gizlənmiş möcüzələr vardır” Çarlz Digens
понедельник, 23 января 2017 г.
Sumqayıt gəncləri üçün “İT mühəndislik” təlimləri uğurla davam edir
21 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində
“Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə
“Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə
bacarıqlarının artırılması layihəsi çərçivəsində “İT mühəndislik” peşəsi
mövzusunda növbəti təlim keçirilmişdir.
Layihənin koordinatoru
Rəşad Yunusov gənclər arasında peşə təhsilinə marağın artırılması, onlara müasir
peşələrə yiyələnməyin yollarının öyrədilməsi istiqamətində Qeyri Hökumət
Təşkilatlarının fəaliyyətlərini genişləndirmək layihənin əsas məqsədlərindən olduğunu qeyd etmişdir.
Təlim
şəbəkə texnologiyaları sahəsində peşəkar mütəxəssis Seymur Mirişov tərəfindən
keçirilmişdir.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunda.
Qeyd edək ki, layihə çərçivəsində
gənclər üçün “Dəbli biznes” mövzusunda
da təlim təşkil olunacaq.
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий