“Ümumi orta təhsil
səviyyəsində texniki və təbiət fənlərinin inteqrativ tədrisi metodikası” üzrə
təlimçiseçimi
üçün elan
“Təhsildə İnnovativ
Texnologiyalar” Əlavə Təhsil Mərkəzi “Ümumi orta təhsil səviyyəsində texniki və
təbiət fənlərinin inteqrativ tədrisi metodikası” üzrə təlimçi seçimi elan edir.
Seçim haqqında qısa
məlumat:
Məqsəd: Bakı
şəhərində ümumi orta təhsil səviyyəsində Azərbaycan və rus bölmələrində dərs
deyənriyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənn
müəllimlərinə inteqrativ tədris metodikaları üzrə təlim keçəcək təlimçilərin hazırlanmasıdır.
Təlim dili: Azərbaycan
dili
Təlimçilərin seçimi aşağıdakı
mərhələlərlə aparılacaq:
· Elan
üzrə elektron müraciət (CV);
· Müsahibə;
· Təlimçi
təlimləri;
Namizədlər üçün tələblər:
- Pedaqoji
ali təhsil
- Pedaqoji
sahədə minimum 3 (üç) illik iş təcrübəsi
- İKT-dən
sərbəst istifadə bacarığı (MS Office paketi, Veb 2 alətləri, Promethean lövhə)
- Tədris
etdiyi fənnin məzmununu mükəmməl bilmək
- Kurikulumun
tətbiqi üzrə nəzəri və praktik bacarığı
- Kommunikativ
bacarıqları
- Yüksək
motivasiya
- Məntiqi
düşünmə bacarığı
- Əməkdaşlıq
bacarığı
- Təşəbbüskar
və məsuliyyətli
İştirak
etmək istəyənlər CV-lərini 15 yanvar 2017-ci il tarixinə
qədər aşağıdakı ünvana göndərməlidirlər:
“Təhsildə
İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi: office@ite.az
Əlavə məlumat üçün əlaqələr: Tel: (+99412) 530 82 95 Mob: (+99450) 250 14 15
Əlavə məlumat üçün əlaqələr: Tel: (+99412) 530 82 95 Mob: (+99450) 250 14 15

Комментариев нет:
Отправить комментарий