Sasanilərin
hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir
olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmiemblemi
olub.
Əttar
özünün «Məntiquttəyr» («Quşların dili») kitabında simurq quşu barədə maraqlı
hekayə nəql edir:«Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf
dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid
olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən
salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə
quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun
onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir.
Lakin orada Simurqu görə bilməyib Təəccüblə şanapipikdən onun harada olduğunu
soruşurlar. Şanapipik onlara deyir:»Bir, sayınıza nəzər salın, simurq elə
özünüzsünüz."
Quşlar
saylarının doğrudan da otuz olduğunu
görürlər." (si-fars dilində otuz, murq-quş mənasını verir)
Şanapipik
quşların əhvalını qaldırmaq məqsədilə onların təsəvvüründə simurq adlı varlıq
yaradır. Quşlar ona çatmaq üçün xüsusi əzmkarlıq göstərirlər.
Əttar
bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə
sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir.
A.Enşteynin uğur qazanmaqla bağlı qənaətləri
1.Maraqlarınızın
arxasınca gedin.
«Mənim
xüsusi istedadım yoxdur, ancaq maraqlarımın arxasınca ehtirasla gedən biriyəm.»
2.İradə
az şey deyil.
"Çox
istedadlı olduğuma görə deyil, problemlərlə əlləşməkdən əl çəkmədiyimə görə
uğur qazandım."
3.Bu
günə fokuslanın.
İki
atı eyni anda sürmək mümkün deyil.Nəsə edə bilərsən, ancaq hər şeyi edə bilməzsən.İndiyə
fokuslanın və bütün enerjinizi hazırda gördüyünüz işə sərf edin.
4.Xəyallarınız
sizə güc verir.
Zəkanın
gerçək göstəricisi xəyal gücüdür, məlumat deyil.
5.Səhv
edin!
Heç
bir səhv etməmiş insan yeni bir şeyə cəhd etməmiş insandır.
6.İndini
yaşayın.
Mən
gələcəyi heç düşünmürəm, nə də olsa gələcəkdir.
7.Dəyərli
olun.
Uğurlu
olmağa yox, dəyərli olmağa çalışın.
8.Fərqli
nəticələr gözləməyin.
Dəlilik-eyni
şeyi dəfələrlə edib fərqli nəticələr gözləməkdir.
9.Bilik
təcrübədən doğur.
Bilik
məlumat deyil.Bilməyin tək yolu təcrübədir.
10.Qaydaları
öyrənin, daha yaxşı oynayın!
Oyunun
qaydalarını öyrənmək məcburiyyətindəsiniz.Belə olarsa, hamıdan yaxşı oynaya bilərsiniz.
İradənin gücü
7 yaş- Atası ölüb;
8 yaş- Məktəbdən çıxarılıb;
17 yaş- Universititetə daxil ola bilməyib;
24 yaş- Həbs olunub, iki ay təkadamlıq kamerada
saxlanılıb;
25 yaş- Sürgün olunub;
30 yaş- Doğulduğu şəhər işğal olunub;
37 yaş- Böyrək xəstəliyinə tutulub;
38 yaş- İşdən qovulub, haqqında həbs qərarı
verilib, beş dostundan üçü ona səs verməyib;
39 yaş- Edam cəzasına məhkum olunub;
42 yaş-Türkiyənin prezidenti olub!
Комментариев нет:
Отправить комментарий