Bəzən
yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özünüzü qiymətləndirər,
bacaracağınız işlər haqda yanlış qənaətə gələrsiniz. Fəaliyyət göstərmək
istədiyiniz sahədə sizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına
atılan insanların ortalama yaşı sizin yaşınızın çox üstündədir. Müvəffəq olmaq
üçün aylara, aylardan mürəkkəb illərə ehtiyacınız var. Yanlış
qəbullanma... Düşüncələrinizi oz inamla yoğurub, çalışmalarınızla canlılıq
qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz
gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək örnəklərlə doludur.
• Şah
İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
• Napoleon
Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.
• Fateh
Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən
21 yaşında idi.
• Uilliam
Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.
• Motsartın
konsert verməyə başladığında 6 yaşı var idi.
• Corc
Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı.
• Frensis
Bekon şah əsəri “Noum Orqanum”u 15 yaşında yazmışdı.
• “Dell”
şirkətini təsis edərkən Maykıl Dellin 19 yaşı var idi.
• “Google”
elektron şirkətinin qurucuları Laurens E. Peyc və Serqey M. Brin bu
təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar.
• Dünyanın
ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında
idi. Düşüncələri
bulandıran bir başqa vahimə qabilliyyətlərinizə baxışınızdan doğar.
Digərlərində gördüyünüz üstün xüsusiyyətlər ideallarınızı iflic vəziyyətə salar
və inamsızlıq bütün gücüylə mənliyinizə hökm etməyə başlayar. “O, məndən daha
qabiliyyətlidir”, “Ondakı qabiliyyətlər məndə olsaydı,...”, “Heyf ki, bu işlər
mənlik deyil”, “Çox istərdim, amma...”, “Real fikirləşmək lazımdır, mən bu
işlərin adamı deyiləm”. Varlığınızı davam etdirsəniz belə, düşüncə
platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər kiçik
görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların belə sahib olduqlarından
daha azına sahib olaraq müvəffəqiyyətə imza atan minlərlə insan yaşamışdır.
•
İngilis şairi Con Milton “İtirlmiş cənnət” adlı abidəvi əsərini yazarkən
tamam kor idi.
• Franklin
D. Ruzvelt gəncliyində uşaq paralici olduğundan gəzə bilmirdi. O, bunu əngəl
bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ prizdenti seçilmişdi
• Bethoven
9-cu simfoniyasını bəstələyərkən tamam kar idi.
• Motsart
ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi.
• Böyük
alman dramaturqu Şiller ən böyük tradegiyalarını dözülməz ağrılar içində
yazmışdı.
Ya
siz?.. Qəbul edin, müvəffəq olmaq üçün daha şanslısınız. Bu və ya digər şəkildə
sizə özünüzü kiçik göstərən bütün fikirlər sadacə yanlış təvəhhümdən ibarətdir.
Riçard Bernediki “Bir insanın özünə edəcəyi ən böyük pislik özünü kiçik
görməsidir”, - deyir. Nə qədər böyük yaradıldığımızın fərqində belə deyilik.
Yaradıcımız Kitabında “Biz insanı ən gözəl biçimdə yaratdıq”, - buyurur. [53:4]
Ən gözəl biçimdə yaradılan insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə
başçısı sizi şəxsən tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan
sizi tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə
tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?
Комментариев нет:
Отправить комментарий