13 oktyabr 2017-ci il tarixində Xızı
rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə,
Xızı rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri”
ictimai birliyi tərəfindən "Region gənclərinin turizmin inkişafında
rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri”
İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədlərinin
- turizmin inkişaf potensialı olan şimal regionunda gənclər arasında maarifləndirmə
işlərinin aparıması, onların fəallıqlarının artırılması, bu sahəyə dəstək vermək
barədə məlumat verdi.
Xızı rayon Gənclər və İdman Baş İdarəsinin
əməkdaşı Kamran Quliyev çıxışında rayonda
turizmin inkişafı sahəsində aparılan işlər, ölkənin daxili turizminin
inkişafında rolu, aparılan məqsədyönlü işlər barədə danışdı.
Təlim turizm, təhsil və İKT sahəsində
ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. Təlim zamanı gənclər
üçün rollu oyun, simulyasiya, qrup işləri təşkil olundu. Gənclərin turizmlə
bağlı ideyaları öyrənildi və təlimçi tərəfindən bu ideyaların həyata keçirilməsi
yollarından danışıldı. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.
Layihə çərçivəsində növbəti təlimlərin
Siyəzən, Quba və Qusar rayonlarında təşkil olunması nəzərdə tutulub.

Комментариев нет:
Отправить комментарий