25 oktyabr 2017-ci ildə Siyəzən rayonu Heydər Əliyev mərkəzində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Siyəzən rayon
Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai
birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun
artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan “Sumqayıt tələbələri”
İctimai Birliyinin sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədləri – Mövcud yerli turistik imkanların dəyərləndirilməsi, daxili
turizmin inkişafında gənclərin rolunun
artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf
etdirilməsi barədə məlumat verdi.
Siyəzən rayon Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Alışov çıxışında rayonda turizmin inkişafı
sahəsində aparılan məqsədyönlü işlər barədə danışıb.
Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov
tərəfindən keçirilib. Təlim zamanı gənclər üçün rollu oyun, simulyasiya, qrup
işləri təşkil olunub. Gənclərin turizmlə bağlı ideyaları öyrənilib və təlimçi
tərəfindən bu ideyaların həyata keçirilməsi yollarından danışılıb. Eyni zamanda
marketinq, startap, biznes ideyalar, ideyaların bizenesə çevrilməsi
istiqamətində interaktiv treyninqlər təşkil olunub. Sonda təlim iştirakçılarına
sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində növbəti
təlimlərin Quba və Qusar rayonlarında
təşkil olunması nəzərdə tutulub.
Комментариев нет:
Отправить комментарий