суббота, 11 ноября 2017 г.

"Uğurlu əməkdaşlığın qurulması və valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması" layihəsi uğurla davam edir.


Təhsildə inkişaf və innovasiyalar üzrə 1ci qrant müsabiqəsində qalib olmuş Füzuli rayon 50 saylı tam orta məktəbdə "Uğurlu əməkdaşlığın qurulması və valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması" adlı layihə çərçivəsində növbəti təlimdə 3cü sinfin valideynləri iştirak etdi.  Həyata keçirilən layihənin əsas məqsədi:

-      Valideyn Məktəb assosasiyalarının  geniş ictimaiyyәt arasında tәbliğ etmәk vә yaymaq;
         Dövlәt vә geniş ictimaiyyәt tәrәfindәn Valideyn Məktəb assosasiyalarının  hәrәkatının inkişafı  naminә diqqәt vә dәstәyi әldә etmәk;
         Valideyn Məktəb assosasiyalarının  hәrәkatının ölkә әrazisindә geniş tәtbiqi vә yayılması üçün xüsusi milli siyasәtin formalaşdırılması vә strateji inkişaf proqramının qәbul edilmәsi;
         Gәlәcәk mərhələdə Valideyn Məktəb assosasiyalarının  hәrәkatına bu vә ya digәr layihә vә ya könüllü olaraq qoşulmaq istәyәn digәr mәktәblәrin nümayәndәlәrinә Valideyn Məktəb assosasiyalarının  yaradılması, fәaliyyәti vә onların idarә olunması ilә bağlı dolğun mәlumat vermәsidir.

Layihənin eksperti  İnnovativ İdeyyalar İnsitutunun direktoru və  Peşəkar Təlimçilər Akademiyasının təsisçisi, İKT, Təhsil, Karyera quruculuğu və Düzgün peşə seçimi üzrə beynəlxalq təlimçi/ekspert Ramil Suleymanov bu günkü söbətini şagirdlər arasında əməkdaşlığın gücləndirilməsindən, bunun ücün öncə valideynlərin bir biri ilə sıx ünsiyyətin, əlaqənin olmasının vacibliyindən danışdı. Daha sonra valideyinlərlə ümumi söhbət oldu. Valideyinlər öz övladların gələcək həyatlarında olan, peşə seçimində olan narahatçılıqdan məlumat verdilər. Daha sonra onlara dünyada bu sahədə mövcud olan uğurlu məktəb təcrübələri haqqında ətraflı məlumatlar verildi. Aparılan müzakirələr olduqca valideyinlər tərəfindən böyük maraqla qarşılandı. Tədbirdə qərara alındı ki, növbəti təlimdə valideyinlər öz övıadları ilə birgə gəlsinlər. Uşaqların motivasiya dairəsinin xüsusi maraqlarının müəyyənləşdirilməsi üçün, maraqlı psixaloji testlər həyata keçirilsin və uşaqların təhsildə daha uğurlıu nəticələr əldə etmələrinə nail olmaq.

1 комментарий:

  1. valideynin oz caninda olmalidi usaqina nezaret yoxsa ki 5,6 valideynle sohbet bir netice vermir. valideynin mesuliyyeti yoxdursa O , sene qulaq asacaq ve yene de oz bildiyini edecek.... yani ki vallah ki bu layiheler bos menasiz islerdi

    ОтветитьУдалить