Bakı
şəhər 280 nömrəli tam orta məktəbdə təşkil olunmuş layihənin
təqdimat mərasimində müəllimlər,valideyinlər, layihənin eksperti, İKT-nin
təhsildə tətbiqi üzrə Beynəlxalq ekspert Ramil Süleymanov və Azərbaycanda
Filtirasiyalı İnternet xidmətini şagirdlər,vaideyilər və təhsil
işçiləri üçün ttəqdim edən “Enginet” şirkətinin Marketinq və Satış Departamentinin
rəhbəri Elmira xanım Abbasova da iştirak edirdi. İştirakçılara layihə
şərtlərini özündə əks etdirən təlimat materialları paylanılıb. Layihənin
rəhbəri Sevinc Niftiyeva 3 ay müddətinə Bakının seçilmiş məktəbində
təhsil alan müəllim, valideyin və şagirdlər, arasında reallaşdırılacaq
layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı
məlumat verib, iştirakçıların suallarını cavablandırıb.
Daha
sonra Layihənin ekspert Ramil Süleymanov bu layihə çərçivəsində layihə
iştirakçılarının qazanacağı biliklər və onların gələcək həyatında rolu haqqında
ətraflı məlumat vermişdir. “Enginet” şirkətinin Marketinq və
Satış Departamentinin rəhbəri Elmira xanım Abbasova bu layihənin
təhsilimiz və onun gələcəyi üçün əhəmiyyətindən danışdı. Layihənin rəhbərinə bu
layihədə “Enginet” şirkəti ilə əməkdaşlığı üçün də təşəkkür etdi. Bir gə
əməkdaşlığın davam edeəcəyini bildirdi. Elmira xanım, “Enginet”
şirkətinin “Birlink” internet brendindən istifadə edən məktəblilər
üçün bu layihə çərçivəsində Filtirasiya xidmətinin pulsuz veriləcəyini
bildirdi.
zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən
olmasına diqqət yetirin.
Layihənin məqsəd və vəzifələri:
- Məktəbdə uşaqların İnternetdən faydalı istifadə
qaydalarını aşılamaq və onları mövcud təhlükələrdən qorumaq
- Şagird,müəllim və valideyinlərə Dünyada tətbiq
olunan,Microsoft” şirkətinin “Shild Safety Online” qlobal proqramı
əsasında hazırlanmış 3 ayrı ayrı 8 saatlıq təlim paketi əsasında
təlimləndirmək
- Yaradıcı şagirdləri aşkar etmək
- onların biliklərinin
təkmilləşməsi üçün ustad dərsləri təşkil etmə
- bütün
fəaliyyətləri sosiallaşdırmaq;
- bu şagirdlərin tədrisdə əldə etdikləri bilikləri
gələcək yaradıcı şagirdlərə ötürməsini və həmyaşıtdan həmyaşıda davamlılığını təmin etmək.
Sevinc
Niftiyeva rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında
qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant
müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər
üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası
üzrə təklif olunmuş 800 layihədən 41, fərdi kateqoriya üzrə 125 layihə
dəstəklənmişdir. Ümumilikdə 166 layihə qalib elan edilib.



Комментариев нет:
Отправить комментарий