суббота, 15 сентября 2018 г.

"Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa və təlimlərin təşkili" Layihəsi ” layihəsinin təqdimat mərasimi keçirildi

"Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa  və təlimlərin təşkili"  Layihəsi  ” layihəsinin təqdimat mərasimi keçirildi

            14 sentyabr 2018-ci il tarixində Abşeron rayonunda  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Abşeron rayon İcra hakimiyyəti və Abşeron Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə "Dini radikalizmlə mübarizəyə dair dəyirmi masa  və təlimlərin təşkili" layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilmişdir. Tədbiri  giriş sözü ilə açan Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əskər Əmirli gələn qonaqları və tədbir iştirakçılarını salamlıyaraq, mövcud layihənin Abşeron rayonu üçün xüsusi vacibliyini anlatmış oldu. Daha sonra söz      
        “Demokratik Gənclər” İctimai Birliyinin sədri Ramil Süleymanova verildi. Ramil Süleymanov iştirakçılara layihənin məqsədlərinin - İslamın özəllikləri və onun  fəlsəfəsi ilə tanış etmək, dini bacarıqlarını artırmaq, düzgün analiz etmək bacarıqlarını artırmaq, gənclərin dini bilgilərini artırmaq, təhsilə həvəsləndirmək və islamın zorakı fanatik deyil onun əsl elmi özündə etiva edən din olması haqqında məlumat verdi.
         Daha sonra çıxış edən Abşeron rayon icra hakimiyyətinin ictimayyətlə əlaqələr şöbəsinin müdir müavini Vüqar Baxışov Abşeronda  bu layihənin vacibliyi barədə məlumatlandırdı. Abşeron RİH-nin nəzdində dini məsələlər üzrə kommisiyanın fəaliyyət göstərdiyi haqdada ətraflı məlumat verdi. Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin-Abşeron,Sumqayıt Regional İdarəsinin əməkdaşı Ülvi Məmmədov çıxış edərək, Sumqayıt şəhəri və Abşeron rayonunda  bu sahədə görülən işlər haqqında maraqlı məlumatlar verdi. Məruzələrdən sonra tədbir maraqlı sual cavabla yükunlaşdırıldı.


 



Комментариев нет:

Отправить комментарий