понедельник, 24 сентября 2018 г.

İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında birinci videoçarx müsabiqəsi layihəsi çərçivəsində təlimlər uğurla icra olunur


19 sentyabr 2018-ci il tarixdə Bakı şəhər 165 nömrəli tam orta məktəbdə   “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”nin fərdi  kateqoriyasında qalib olmuş " İnternetdə Uşaqların təhlükəsizliyi” mövzusunda Bakı məktəbləri arasında  birinci videoçarx müsabiqəsi layihəsinin ilk təlimi  keçirilmişdir.  
Bakı şəhər 165 nömrəli tam orta məktəbdə   təşkil olunmuş layihənin təlimində şagirdlər iştirak etmişdir. Layihəni giriş sözü ilə ilə açan layihənin rəhbəri Sevinc Niftiyeva layihə haqqında qısa məlumat verdikdən sonra sözü məktəbin direktoru Vüqar Məmmədova verdi. Vüqar müəllim bu layihənin əsas vacib
məqamları haqqında məlumat verdi. Vüqar müəllim şagirdlərə bu müsabiqədə aktiv iştirak etmək və 165 nömrəli məktəbin adının qaliblər sırasına yazmaqlarını bildirdi. Daha sonra Layihənin ekspert Ramil Süleymanov bu layihə çərçivəsində layihə iştirakçılarının qazanacağı biliklər və onların gələcək həyatında rolu haqqında ətraflı məlumat vermişdir. Təlim şagirdlər tərəfindən olduqca maraqla qarşılandı.  Şagirdlər ekspertə onları maraqlandıran sualları verdilər. Daha sonra Sevinc Niftiyeva müsabiqənin şərtləri, videoçarxkarın hazırlanması qaydaları haqqında şagirdlərə ətraflı bilgilər verdi.  
zaman çərçivəsində reallığa uyğun olaraq spesifik, ölçülə bilən olmasına diqqət yetirin.
Məqsəd:
Məktəbdə uşaqların İnternetdən faydalı istifadə qaydalarını aşılamaq və onları mövcud təhlükələrdən qorumaq
Vəzifələr:
-        Şagird,müəllim və valideyinlərə Dünyada tətbiq olunan,Microsoft” şirkətinin “Shild Safety Online” qlobal proqramı əsasında hazırlanmış 3 ayrı ayrı 8 saatlıq təlim paketi əsasında təlimləndirmək
-        Yaradıcı şagirdləri aşkar etmək;
-        onların biliklərinin təkmilləşməsi üçün ustad dərsləri təşkil etmək;
-        bütün fəaliyyətləri sosiallaşdırmaq;
-        bu şagirdlərin tədrisdə əldə etdikləri bilikləri gələcək yaradıcı şagirdlərə ötürməsini və həmyaşıtdan həmyaşıda  davamlılığını təmin etmək.
Sevinc Niftiyeva  rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında qalib olmuş layihənin icra müddəti 3 aydır. Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci  qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir.                          Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 800 layihədən 41, fərdi kateqoriya üzrə 125 layihə dəstəklənmişdir. Ümumilikdə 166 layihə qalib elan edilib. 


Комментариев нет:

Отправить комментарий