Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin qalib olmuş “STEM uşaq mühəndisliyi” mərkəzi – yeni texnalogiyaların tədrisdə tətbiqi layihəsi üzrə 25 nömrəli məktəbin nəznində STEM uşaq mühəndislik Mərkəzini yaratmışdır. Bu layihənin müsbət nəticəsi haqqında xüsusi ilə vurğulamaq istərdim ki, bu təlimlər şagirdlər üçün gözəl bilikli bir gələcək vəd edir.
Robototexnika hansı biliklər verəcək? Bu riyaziyyatdır, bu, mühəndislik və layihələşdırmədir, proqramlaşdırmadır- yenə də quru və cansıxıcı nəzəriyyə deyil, praktikadir. Sadəcə nəsə öyrənmək uşaq üçün ən darıxdırıcı bir şeydir – nəticəsini görmək isə başqa bir məsələdir. Məhz bu səbəbdən robototexnika ilə məşğul olan uşaqlarin məktəbdə dəqiq elmlərlə problemi yoxdur. Onlar dərsliklərin arxasinda oturmurlar. Onlar sadəcə bilirlər. Robototexnika məşğələləri uşağı hərtərəfli inkişafla təmin edirlər.

Daha mühüm bir amil – komandada işləmək bacarığıdır. Son vaxtlar ünsiyyət bacarığının azalması müşahidə olunur- və bu təəccüblü deyil – yeniyetmələr daha çox sosial şəbəkələrdə ünsiyyət yaradirlar. Gərçək (həqiqi) ünsiyyətdə olan çətinliklər -gələcəkdə olan problemlərdir, axi, ünsiyyət işə düzəlmək üçün önəmli amillərdən biridir! Başqa insanlarla işləmək bacarığı, “komanda oyunçusu” olmaq, qeyri-standart qərarlari tapmaq və mürəkkəb hallardan çixmaq, təkcə özünüz üçün deyil, bütün layihə üçün məsuliyyət götürmək bacarığıdır.“Ümumiyyətlə, orta tədris müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük vermələrinə şərait yaradır. Bu baxımdan hesab edirəm ki, Sumqayıt şəhər 27 nömrəli məktəbdə yaradılan laboratoriya da məktəbliləri texniki ixtisaslar seçməyə təşviq edəcək”.”LEGO Təhsil” XXI əsrin ən son texnologiyası olan robot texnologiyasını tədris sahəsində istifadə etməklə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir və professional müəllimlər üçün unikal həllər təklif edir. Şagirdlərin LEGO konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Beləki, şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.
Qeyd edək ki, əsas məqsədlərindən biri mövcud təhsil sisteminə interaktiv tədris texnologiyalarını tətbiq etmək olan “Edumedia-Azərbaycan” şirkəti “LEGO Təhsil” həlləri ilə yanaşı İngiltərənin “Promethean” şirkətinin Azərbaycandakı yeganə rəsmi distributorudur.
Комментариев нет:
Отправить комментарий