23 dekabr 2018-ci il tarixində Sumqayıt
Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi,
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt
Tələbələri” İctimai Birliyi tərəfindən Sumqayıt tələbələrinin “Bilik” festivalı
layihəsinin açılışı mərasimi və “Xəmsə” müsabiqəsi keçirilib.
“Sumqayıt tələbələri” İctimai
Birliyinin sədri Rüfət Mahmudzadə müsabiqə iştirakçıların və qonaqları salamlayaraq,
onlara layihənin məqsədləri - gənclərin dünyagörüşlərinin, bilik və
bacarıqlarının artırılması, müsabiqə mədəniyyətinin formalaşdırılması haqqında
məlumat verdi. Eyni zamanda bu növ layihələrin gənclər sektorunda inkişaf
mühitinin yaxşılaşdırmasına xidmət etdiyini bildirdi.
Sumqayıt şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov çıxışında gənclərin intellektual inkişafı dövlətin gənclər siyasətinin
əsas istiqamətlərindən olması, bu istiqamətin həyata keçirilməsində gənclərin
inkişaf səviyyəsinin yüksəldilməsi haqqında danışdı. Elgün Hümbətov Sumqayıt şəhərində intellektual yönümlü
müsabiqə və yarışların kütləviləşməsi, bu tip tədbirlərə gənclərin daha geniş
kütlələrinin cəlb edilməsi, onların ictimai fəallığının artırılması və özlərinə
inam hissinin formalaşdırılmasının vacibliyini də qeyd etdi.
Şəhər Təhsil şöbəsinin
metodisti Cəmilə Fəyyaz cıxışında bilikli gəncləri üzə çıxarması, onların
fərdi inkişaflarına yardım edilməsi bu gün gənclər siyasətinin əsas
istiqamətlərindən olduğunu bildirdi.
Müsabiqənin ümumi nəticələrinə
görə 11 saylı məktəbin “Generation” komandası 1-ci, TET Gimnaziyanın “Camelot”
komandası 2-ci, TTELiseyinin Excalibur komandası 3-cü yerə layiq görülmüşlər.
Sonda Qaliblərə Kubok, medal, Fəxri Fərman və hədiyyələr təqdim olundu.
Müsabiqədə şəhərin və ümumi
təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin
tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi
informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Layihə çərçivəsində keçirilən
müsabiqədə Sumqayıt şəhərinin 144 nəfər gənci iştirak etmişdir.
Комментариев нет:
Отправить комментарий