Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə
dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Qusar rayon İcra
Hakimiyyəti və Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Qusar rayon üzrə
nümayəndəliyinin təşkilatı dəstəyi ilə “Demokratik
Gənclər” İctimai Birliyi tərəfindən “
Dini dəyərlərin təbliği və radikal dini cərəyanlara
qarşı gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində 7-8 dekabr 2019-cu il tarixində Sumqayıt
şəhəriində və 17-18 dekabrda Qusar
rayonunda 4 təlim həyata keçirilmişdir. Təlimdə
Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, Qusar rayonunda Qusar Peşə
Liseyi və 1 nömrəli tam orta məktəbdə
gənc müəllim və şagirdlər üçün İnteraktiv təlim keçirilmişdir.
Təlim ekspert, təlimçi, layihənin rəhbəri Ramil Süleymanov, Aysel Dünyamaliyeva və Əli
Məmmədov tərəfindən kerilmişdir, təlimdə
dini dəyərlər,multikulturalizm, radikallıq onunla mübarizə və tolerantlıq haqqında ətraflı məlumatlar
verilmişdir.
Layihənin məqsədləri - Sumqayıt,Gəncə şəhəri və Qusar rayon gənclərinin
- Yeni bilik və bacarıqların artırmaq;
- İslamın özəllikləri və
onun fəlsəfəsi ilə tanış etmək
- Dini bacarıqlarını
artırmaq
- Təhsilə həvəsləndirmək
- İslamın zorakı fanatik
deyil onun barış gzəlliyi təblig edən bir din olması haqqında ətraflı bilgilər
verməkdir.
Təlimlərdə ümumilikdə 280 nəfər gənc iştirak etmişdir.



Комментариев нет:
Отправить комментарий