вторник, 17 сентября 2019 г.

"Kodlaşdırma bacarıqlarının kiçik yaşlı uşaqlara öyrədilməsi" layihəsinin Mentor təliminə start verildi


Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü  qrant müsabiqəsi” çərçivəsində məktəb  kateqoriya üzrə qalib olmuş Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin "Kodlaşdırma bacarıqlarının kiçik yaşlı uşaqlara öyrədilməsi"  layihəsi çərçivəsində 14.09.2019-cu il tarixdə Sumqayıt şəhər 4 nömrəli tam orta  məktəbində müəllimlər üçün  "Mentor hazırlığı"  təliminə start verildi. Təlimi İKT-nin təhsildə tətbiqi üzrə peşəkar təlimi/ekspertlər Təranə İsmayılova və Çinarə Bayramova həyata keçirirdilər. 
Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə  işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir. Əsas hədəf Sumqayıt şəhər məktəblilərinin Yerli və Beynəlxalq olimpiadalara hazlrlamaq və gələcəyin memarlarını İT mühaəndislərini yetişdirməkdir. 
Layihə boyunca  təlimlər 4 ay müddətində 300 nəfər şagird Sumqayıt üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Çox az adam böyüyüb yazıçı olur, lakin biz yazı yazmağı hamıya öyrədirik, çünki yazmaq düşüncələr və fikirləri sistemləşdirməyin və digərləri ilə ünsiyyət yaratmağın bir yoludur. Düşünürəm ki, kodlaşdırmanı öyrənməyin səbəbləri də yazmağı öyrənməyin səbəbləriylə eynidir. Yazmağı öyrənəndə biz sistemləşdirməyi, özümüzü ifadə etməyi və fikirlərimizi yeni üsullarla və yeni vasitəylə paylaşmağı öyrənirik. Layihənin əsas məqsədi: 
Sumqayıt şəhər məktəblərinin kodlaşdırma  istiqamətində xüsusi biliklərinin təkmilləşdirilməsi, informasiyalaşdırılma prosesinin elmi təminatının və informasiya texnologiyalarına əsaslanan müasir təlim üsullarının hazırlanması, informatika fənninin kiçik yaşlı şagirdlərinə  yeni bir formada, tədris prosssində düzgün və effektiv öyrədilməsinə nail olmaqdır. a bacarıqlı olacaqlar. Tədbirdə “Mars Academy MMC”-nin, “Demokratik Gənclər”İctimai Birliyinin, layihədə iştirak edəcək təhsil müəssisələrinin  nümayəndələri iştirak edirdi.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə  53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib




Комментариев нет:

Отправить комментарий