понедельник, 3 января 2022 г.

Əsas məqsəd müdavimlərə yaradıcı STEAM təhsili verməkdir

    Əsas məqsəd müdavimlərə yaradıcı  STEAM təhsili verməkdir fikirləri müsahibimiz Bakı şəhər 234 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Demokratik "Demokratik Gənclər"İctimai Birliyinin Təhsildə İnkişaf və İnnovasiyalar Departamentinin baş mütəxəssisi , STEAM KİDS”-Uşaqlar üçün Robot Qurma
    və Proqramlama Kursu layihəsinin rəhbəri  Borayevadır.

Rəna xanım bu Azərbaycan təhsilində müasir innovativ yanaşmalar özünü göstərməkdədir. Bu yanaşmalardan biri də STEAM istiqamətli layihələr və dərslərdir. Bu haqda Sizin fikrinizi bilmək istərdik. Son illərdə  STEM təhsilin  erkən təsirinin yalnız orta məktəbdə və kollecdə deyil, həm də daha geniş mənada bütün həyat boyunca insanların uğurlu olmasını təmin etməsinə dair çoxsaylı sübutlar ortaya atılır.   Azərbaycan Təhsil Nazirliyinin xətti ilə 2019-2020-ci illərdə Bakının bir çox məktəblərində STEM dərsin keçirilməsi ilə əlaqədar pilot layihə qəbul olunub. Bununla bağlı Azərbaycandan 50 müəllim STEM təhsili almaq üçün İsrailə 1 aylıq treninqlərə cəlb olunub. Ümumiyyətlə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə STEM və STEM yönümlü aşağıdakı tədbirlər keçirilmişdir. 

 Təbiət elmləri və riyaziyyat sahəsində erkən təhsil  yetkin yaşda insanın ictimai-iqtisadi statusunu qabaqcadan müəyyən edir.  2018-ci ildə təşəbbüslərin geniş spektrinə cavab verən daha çox pedaqoq və ekspert erkən STEM-i dəstəkləyiblər. Boston Elm Muzeyi və Nyu-Hemşir Universiteti kimi, tərəfdaşlar  elementar STEM müəllimlərinə yönəlik yeni proqramları hazırlayıb. Həmçinin, bu mövzu üzrə partnyorların əməkdaşlığı  qeyd edilə bilər.  Dövlət təhsil və biznes koalisiyasının birgə səyləri ilə layihə qrupu ibtidai sinif müəllimlərinin  rəqəmsal savada və informatika üzrə hazırlığına yönəlib. Heising-Simons Fondu aşağı gəlirli ailələrdən olan şagirdlərin riyazi proqramlarını maliyyələşdirir. Nyu-York Elm Zalı öz Yaradıcılıq Hesablama Akademiyasını yaradaraq immiqrant ailələrdən olan 3-4-cü sinif şagirdlərinə hesablama düşüncəsinin inkişafına dəstək göstərməyə başladı.


Rəna xanım bildiymiz kimi artıq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 4-cü ildir ki, keçirilən Təhsildə inkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsində qalib gələn bir neçə STEAM istiqamətli layihələrin təlimçisi kimi fəaliyyət göstəririsiniz. Bu haqda məlumat verməyinizi xahiş edirik: 

İlk öncə bildirmək istərdim ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 5-ci ildir ki, keçirilən Təhsildə inkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi Azərbaycan təhsilində xüsusi bir yeri və çəkisi vardır. Bu biz müəllimlərin öz innovativ ideyalarını həyata keçirmək üçün, bir trampilin rolunu oynayır. 

Təlimçi kimi əməkdaşlıq etdiyim layihələr haqqında bildirmək istərdim ki, bu layihələrin əsas məqsədində STEAM texnologiyaları durur. Təlimdə müdavimlərə Micro:bit, Robotkodlaşma və Tinkercad proqramlarından istifadə edərək, iki istiqamətdə şagirdlər və gələcəkdə təlimçi kimi bu layihələrdə işləyə bilən müdavimlərin hazırlanmasını həyata keçirirəm. 

Fikirlərimi yekunlaşdıraraq demək istərdim ki, STEAM Hərəkatı və uşaqların öz istehsal hissəsini xarakterizə edən Maker Hərəkatı araşdırılmalı və bilinməlidir. STEAM nədir? STEAM, genişlənməsində, Elm, Texnologiya, Mühəndislik, Sənət və Riyaziyyat elmlərini və konsepsiyalarını əhatə edir. Bütün bu elmlərin inteqrasiyası ilə birlikdə uşaqlarda analitik düşüncə və problem həll etmə bacarıqlarını təmin etməyi hədəfləyir. Bu çərçivədə STEAM daha çox performans tələb edən təlim proqramlarında və musiqi və rəsm kimi bədii dərslərdə istifadə edilə bilər. Performans tələb edən təlimləri açsaq, idman fəaliyyətləri, teatr tamaşaları və eksperimental fəaliyyətlərdən danışmaq olar. STEAM ilə problemləri həll etmə qabiliyyətinə sahib, qarşılaşdıqları vəziyyət qarşısında analitik düşünən, şərh gücünə sahib, həll yönümlü araşdırma edə bilən, yenilikçi və geniş təsəvvürə sahib olan şəxsləri yetişdirmək məqsədi daşıyır.

Комментариев нет:

Отправить комментарий