Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəssində Füzuli rayon 27 nömrəli tam orta məktəbin qalib olmuş "Füzuli məktəblilərinin I STEAM Məktəbi" layihəsi uğurla davam etdirilir. Mars Academy MMC-nin təlimçisi Təranə Vəliyevanın həyata keçirilən təlimlər şagirdlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanır. Təlimlərin ən maraqlı tərəfi bu valideyinlər tərəfindən olduqca maraqlı qarşılanmışdır. Valideyinlər bu layihə üçün, Təhsil Nazirliyinə təşəkkürlərini bildirirlər. Layihənin əsas məqsədi : şagirdlərimizin Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat və Yaradıcılıq dünyasına ilk addımlarını əyani şəkildə, toxunaraq öyrənməklə almalarına və bu yaş dövrü maraq duyğusunun təşviqi və ilkin bacarıqların ortaya çıxarılmasına yardım etmək;
· Pedaqoji kadrların hazırlanması sisteminin təhsilin informasiyalaşdırılması konsepsiyasının nəzərə alınması ilə yenidən qurulması.
Layihə boyunca təlimlər 4 ay müddətində (11-14 yaş şagirdlər arasaında keçiriləcəkdir) . Füzuli rayon üzrə seçilmiş məktəblərdən 100 şagird təlimlərə cəlb olunacaqdır. Layihə zamanı davamlılığı təmin etmək üçün, Füzuli rayon 27 saylı tam orta məktəbdə Robotexnika Mühəndisliyi Akademiyası yaradılacaqdır. Bu Akademya üçün bir otaq ayrılacaq, bütün avadanlıqlar yerləşdiriləcək və təlimlər, dərslər bu mərkəzdə olacaq. Bu mərkəz Füzuli rayon 27 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək.Təlimlər peşəkar Mars Academy tərəfindən həyata keçiriləcəkdir. Layihənin monitorinqini “Demokratik Gənclər” İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir.
Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir. Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar
Комментариев нет:
Отправить комментарий