Qobustan rayonu Cəyirli kənd R.Hüseynov adına ümumi orta məktəbin müəllimi Gülzar Mustafa qızı Ələkbərova Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olduğu,“Yaradıcı dizaynerlər” adlı layihənin dərsləri çərcivəsində Qobustan rayonu ərazisində yerləşən təhsil müəssisələrinin şagirdləri üçün maraqlı bir layihə baş tutdu. Bu layihənin əsas məqsədi bu gün bu təhsil müəssisəsində təhsil.alan şagirdlərin İT Robotexnika mühəndisliyi bacarıqlarının inkişaf etdirmək və şagirdlərin 21 əsr bacarıqlarına yiyələnməklə yanaşı eyni zamanda Azərbaycanın gələcək əvəzolunmaz mühəndislərinin yetişdirilməsi və onları xalqa təqdim.etmək. Bu gün şagirdlərlə maraqlı bir fəaliyyətimiz oldu. Onlar tinkercad proqramında Öz evimizi quraq adlı tapşırığı icra etdilər.
Layihənin eksperti Vəfa Vəliyeva tərəfindən keçilən interaktiv dərsdə “TinkerCad” proqramı vasitəsilə prototip qurğuların layihələrinin hazırlanması, proqramdan istifadədə mühəndislik və dizaynerlik bacarıqlarının rolu barədə məlumat verilib. “TinkerCad” proqramı vasitəsilə modellərin hazırlanması, proqramlaşdırma və simulyasiya vasitəsilə elektron qurğular üzərində işləməyin yolları izah edilib. 3D obyektləri yaratmaq üçün kod sətirlərinin tətbiqi yolları şagirdlərə praktik öyrədilib.
Layihənin rəhbəri
Gülzar Mustafa qızı Ələkbərovanın sözlərinə görə
ədrisdə tətbiq olunan bu metodologiyanın əsasında problem əsaslı və layihə əsaslı öyrənmə, qarşılıqlı öyrənmə, mobil tətbiqlər vasitəsilə öyrənmə, fənlərarası öyrənmə və fənlərarası inteqrasiya durur: “Layihə hazırda tədris proqramına əlavə olunub və STEAM dərsləri kimi keçirilir. Layihənin tədris planı və məzmunu hazırlanıb, dərsliklər, müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. Hazırda şagirdlər mühəndislik və dizayn bacarıqlarını
mənimsəməklə məşğuldurlar və bu onlar üçün yenidir”.
Комментариев нет:
Отправить комментарий