#Granteduaz
#SusaTəhsil
#QarabagRegionalTəhsilİdarəsi
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsində fərdi layihələr kateqoriyası üzrə qalib olan layihələrdən biri də Şuşa şəhər 10 nömrəli tam orta məktəbin müəllimi Saleh İbrahimzadənin “Robot-Hello World ” layihəsidir. Layihə VEX Robotexnikanın təhsildə tətbiqi üzrə fəaliyyət göstərir. Layihə çərçivəsində növbəti görüş fəaliyyət planına uyğun olaraq, Şuşa şəhər 10 saylı məktəbdə Aşılış mərasimi baş tutdu. Layihə üçün seçilmiş şagirdlərlə görüş oldu. Şagirdlərə Robotexnika və onun onların həyatında əsas rolu haqqında ətraflı bilgi verildi. STEAM tədris otağına daxil olanda stolların üzərində “Hər şagird – bir qurğu” siyasətinin həyata keçdiyinin şahidi olursan. Tədris otağı yeni nəsil kompyuterlərlə, elektron lövhə ilə təmin olunub və daha böyük stolun üzərində şagirdlərin hazırladığı robotlar hərəkət edir.
layihə əsasında Şuşa ı şəhər 10 nömrəli tam orta məktəbdə müasir tələblərə cavab verən Robotexnologiya Mərkəzinin yaradılması nəzərdə tutulub.
Layihə bitdikdən sonra müsabiqə elan olunacaqdır. Müsabiqədə qalib gələn məktəblərin şagirdləri mükafatlandırılacaqdır. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin kreativliyini və onlarda ixtiraçılıq qabiliyyətini inkişaf etdirməkdir.
Layihənin monitorinqini və düzgün qiymətləndirilməsi üçün, bu sahədə böyük təcrübəyə malik olan, “Demokratik Gənclər” İctimai Birliyinə həvalə olunacaqdır.


Комментариев нет:
Отправить комментарий