суббота, 8 октября 2022 г.

Əllər nəyi düzəldirsə beyində onu xatırlayır

 


Ülviyyə Əsədovanın  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI  qrant müsabiqəsində qalib olduğu, "Robotina"-Məktəblilər üçun əyləncəli Robotexnika dərsləri layihəsi çərcivəsində Şüvəlan qəsəbəsində yerləşən  yeni təmirdən çıxmış  4 nömrəli xüsusi internat məktəbinda şagirdlər üçün maraqlı bir layihə baş tutdu. Bu layihənin əsas məqsədi bu gün bu təhsil müəssisəsində təhsil.alan şagirdlərin İT Robotexnika mühəndisliyi bacarıqlarının inkişaf etdirmək və şagirdlərin 21 əsr bacarıqlarına yiyələnməklə yanaşı eyni zamanda Azərbaycanın gələcək əvəzolunmaz mühəndislərinin yetişdirilməsi və onları xalqa təqdim.etmək. Bu gün şagirdlərlə maraqlı bir fəaliyyətimiz oldu. Onlar profesional robotlarla məşğul olmazdan əvvəl, ilk öz fantaziyalarını işə salaraq özlərinin ilk Robotlarıni düzəltməyə başladılar. Uşaqların sevinclərinə şərik olmaq bam.basqa xoşbəxtlik. Layihənin rəhbəri Ülviyyə Əsədova  müəlliməyə xüsusi təşəkkür edirəm.Ülviyyə Əsədovanın sözlərinə görə Təlimlərin əsas özəlliyi ondan ibarətdir ki, bu şagirdlərin əksəriyyəti valideyin himayəsindən mərhum olmuş uşaqlardır. Eyni zamaanda qrupumuzda daunsindromlu şagirdimizdə vardır. Bu uşaqlara təlimin ilk günündə Ramil Süleymanovun keçdiyi təlim o qədər gözəl anlar bəxş etdi ki, uşaqlar ilk dəfəidi ki, dərsin bitməsini arzu etmirdilər.  Uşaqlara keçirilən təlimlər onlara:


  • Diqqətini gücləndirmək, bədii bacarıqları artırmaq, məntiqi təfəkkürün inkişafına təşviq etmək və özünə inamı inkişaf etdirmək istəyən uşaqlar;

  • Kiçik motorikanı inkişaf etdirmək, robotexnikaya giriş mərhələsinin təməlin möhkəmliyi, qrupda işləmə bacarığının formalaşmasını hədəfləyən uşaqlar.


Təlim aşağıdakı mövzular üzrə dərslərdən ibarətdir:

     1. Mühəndislik istiqamətləri:

  • Məqsədyönlü innovasiya

  • Yaradıcı və Analitik bacarıqlar

  • Memarlıq Kompüter elmləri

  • Mülki və Maşın mühəndisliyi

     2.Riyazi istiqamətlər:

  • Ədədlər və əməliyyatların hesablanması
  • Məlumatların təhlili

  • Çətin problemlərin həlli

  • Riyazi və məntiqi təfəkkürün inkişafı


Bizim missiyamız uşaqların böyüməsində istifadə edə biləcəyi mühüm həyati bacarıqlarını inkişaf etdirmələrinə köməklik etməkdir.


Комментариев нет:

Отправить комментарий