“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, təhsildə idarəetmənin ictimailəşdirilməsi prosesi sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin (“Valideyn icmaları”, “Qəyyumlar şurası”, “İctimaiyyət”) cəlb olunması idarəetmənin keyfiyyətini və səmərəliliyini artırır.
“Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək ana və uşaqların
sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BMT-in ratifikasiya olunmuş
“Ailə öhdəlikləri olan işçilər haqqında Konvensiya”sına uyğun olaraq, işləyən
valideynlərin uşaqlarının təlimi ilə məşğul olması dəstəklənəcəkdir.
Bakıdakı 37 nömrəli tam orta məktəb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar
üzrə VI qrant müsabiqəsi”ndə “Məktəb - icma (valideyn) münasibətlərinin
təşəkkülü və inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırladığı layihəsi ilə qalibi olmuşdur.
Bu gün ki, qonağımız, Bakı şəhər 37 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Əsgərovadır. Məhəbbət xanım bu layihə haqqında bizimlə öz dəyərli fikirlərini bölüşəcəkdir.
Layihənin məqsəd və vəzifələri:
1. Uşaqların davamlı inkişafına
yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədilə valideynlərin sistemli
şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər”
proqramının hazırlanması və tətbiqi;
2. Maraqlı tərəflərin
nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai
xarakterdə (Valideyn-Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası
və s.) idarə olunmasının təmin edilməsi;
3. Məktəb və icmanın
maraqlarının uzlaşdırılması, əlaqələrinin möhkəmləndirilməsi, icma üzvlərinin
məktəbdə gedən proseslərlə tanış edilməsi, onların məktəbə etibarını və
etimadını artırmaq üçün “Məktəb-icma klubu”nun yaradılması.
Məktəb-valideyn münasibətləri birbaşa şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amildir. Valideyn təhsilə, məktəbə pozitiv münasibət bəsləməklə, övladı üçün əlverişli təhsil mühiti yaratmaqla şagirdin nailiyyətinin yüksəldilməsinə birbaşa təsir göstərir
Layihə çərçivəsində artıq ilk dəyirmi masa keçirlmişdir. Bundan əlavə olaraq, şagird və müəllimlərlə psixoloji sorğu keçirilmişdir. Soğguları bu sahədə geniş təcrübəyə malik olan, "Demokratik Gənclər"İctimai Birliyi həyata keçirmişdir. Eyni zamanda bu layihə şərçivəsində oktyabr ayından başlayaraq, müəllimlərlə silsilə təlimlərə baılanılmışdır.



Комментариев нет:
Отправить комментарий