Təhsildə inkişaf və innovasiyalar üzrə Təhsil Nazirliyinin elan etdiyi VI qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib Ağcabədi rayon məktəbinin müəllimi Rasimə Abbasovanın olmuş "Ağcabədi məktəblilərinin STEAM Campı" laayihəsi çərçivəsində laayihədə mentor olacaq 10 müəllim üçün təlimlər başlamışdır. Təlim 2 istiqamətdə 1. Kodlşdırma 2. Proqramlaşdırma 3. Robotexnika istiqamətində həyata keçirilir.
STEAM hansı biliklər verəcək? Bu riyaziyyatdır, bu, mühəndislik və layihələşdırmədir, proqramlaşdırmadır- yenə də quru və cansıxıcı nəzəriyyə deyil, praktikadir. Sadəcə nəsə öyrənmək uşaq üçün ən darıxdırıcı bir şeydir – nəticəsini görmək isə başqa bir məsələdir. Məhz bu səbəbdən robototexnika ilə məşğul olan uşaqlarin məktəbdə dəqiq elmlərlə problemi yoxdur. Onlar dərsliklərin arxasinda oturmurlar. Onlar sadəcə bilirlər. Robototexnika məşğələləri uşağı hərtərəfli inkişafla təmin edirlər.
Daha mühüm bir amil – komandada işləmək bacarığıdır. Son vaxtlar ünsiyyət bacarığının azalması müşahidə olunur- və bu təəccüblü deyil – yeniyetmələr daha çox sosial şəbəkələrdə ünsiyyət yaradirlar. Gərçək (həqiqi) ünsiyyətdə olan çətinliklər -gələcəkdə olan problemlərdir, axi, ünsiyyət işə düzəlmək üçün önəmli amillərdən biridir! Başqa insanlarla işləmək bacarığı, “komanda oyunçusu” olmaq, qeyri-standart qərarlari tapmaq və mürəkkəb hallardan çixmaq, təkcə özünüz üçün deyil, bütün layihə üçün məsuliyyət götürmək bacarığıdır.“Ümumiyyətlə, orta tədris müəssisələrində əldə edilən texniki biliklər şagirdlərin gələcəkdə ali təhsil müəssisələrinə ixtisas seçimində texniki-texnoloji peşələrə üstünlük vermələrinə şərait yaradır. Bu baxımdan hesab edirəm ki, Ağcabədi rayon 5 nömrəli məktəbdə yaradılan Robotexnologiya Mərkəzində məktəbliləri texniki ixtisaslar seçməyə təşviq edəcək”.”LEGO Təhsil” XXI əsrin ən son texnologiyası olan robot texnologiyasını tədris sahəsində istifadə etməklə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir və professional müəllimlər üçün unikal həllər təklif edir. Şagirdlərin LEGO konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Beləki, şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.


Комментариев нет:
Отправить комментарий