воскресенье, 27 ноября 2022 г.

Müəllim peşəkarlığının artırılması uğurla icra olunur

  

-“Biz şagirdləri sinif otağında, dərs zamanı kəşf etməliyik!

Müəllim öz təlim konsepsiyasını yarada biləndə sinif

“sehirli məkana”, müəllim isə qabaqcıl müəllimə çevrilir.

 


Hal-hazırda Azərbaycan təhsilində "Sinifin idarə edilməsi" prosesində müəllim - şagird münasibətlərində kifayət qədər problem yaşanır. Bu da ondan irəli gəlir ki, müasir dövrün tələblərinə uyğun sinifin idarə edilməsi və dərs prosesinin idarəedilməsi  istiqamətində pedaqoji heyət arasında kifayət qədər  məlumat azlığı var.

Müəllim-şagird münasibətlərinin düzgün qurulması, ilk növbədə,  müəllimin müasir dövr üçün xarakterik olan qabiliyyətlərin olmasını zəruri tələb kimi qarşıya qoyur.

Dövrün tələblərinə uyğun məktəb formalaşdırmaq, müasir düşüncəli, savadlı və vətənpərvər şagird yetişdirmək üçün ümumi təhsil müəssisələrində, ilk növbədə, idarəetmənin və tədrisin düzgün təşkil olunması vacibdir. Məhz buna görə də məktəblərdə təhsilverənlərə "Sinifin idarə edilməsi" üzrə təlimlərin keçirilməsi məqsədəuyğundur.

2022-ci tədris ilində Təhsildə İnkişaf və İnnovasiyalar  üzrə  keşirilən VI qrant müsabiqəsində  “Sinifin idarə edilməsi “ üzrə layihə qrant qazanmış,  01.11.2022- ci ildən etibarən 74 nömrəli tam orta məktəbdə layihənin icrasına start verilmişdir. 74 nömrəli məktəbdə baş tutan təlimləri Təlim Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzinin direktoru Ramil Süleymanov və telimçi- metodist Elnurə Kamranlı tədris edir. Təlimlərə 74 nömrəli məktəbin kolektivi və digər məktəblərin təhsil işçiləri də cəlb olunmuşdur. Təlimdə dövrün tələblərinə uyğun məktəb formalaşdırmaq, müasir düşüncəli, savadlı və vətənpərvər şagird yetişdirmək üçün ümumi təhsil müəssisələrində, ilk növbədə, idarəetmənin və tədrisin düzgün təşkil olunması üzrə proqram tədris olunur.

"Sinifin idarə edilməsi" üzrə təlimlərin keçirilməsi təhsilin inkişafı üçün xüsusi önəm daşıyır. Bu baxımdan belə bir üzrə təlimlərin müəllimlər üçün keçirilməsi aktual məsələdir.

“HundrED” Qlobal Təhsil Təşkilatının rəhbəri - məşhur ideolist Saku Tuominen Finlandiyanın təhsil təcrübəsi və müəllimlərinin uğuru haqqında danışarkən  əsas səbəb olaraq ölkəsində müəllim hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb:

“Finlandiya müəllimlərinin təlimi, onların hazırlığı ilə bağlı çox yaxşı bir sistem qurulub. Finlandiyada müəllim təlimi  yüksək səviyyədədir və orada bir çox insan müəllim olmaq istəyir.

Digər bir amil də etibardır. Finlandiyada müəllimlərə çox böyük inam və etimad vardır. Bu səbəbdən də orada müəllimlər həyatları boyu bu işdə qalırlar.

Təlimlər sinifin idarəedilməsində müəllim-şagird münasibətlərini tənzimləmək məqsədi ilə müəllimləri müasir dövr üçün xarakterik olan qabiliyyətlər ilə təlimatlandırmaq və bu istiqamətdə  "Sinifin idarə edilməsi üzrə təlim"in keçirilməsini hədəfləyir.

Комментариев нет:

Отправить комментарий