вторник, 29 ноября 2022 г.

"Sağlam sinif- Uğurlu gələcək!” layihəsinin açılış mərasimi keçirildi.


Layihə rəhbəri:  Nizami rayon 201 nömrəli tam

orta məktəbin Biologiya müəllimi Günel Qocayeva.

    


Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş “Sağlam sinif- Uğurlu gələcək!”layihəsinin açılış mərasimi baş tutmuşdur.Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və Qarabağ şəhidlərinin bir dəqiqəlik sükutla anılması ilə başladı.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Afaq Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan respublikasının Elm və Təhsil Nazirliyinə 201 nömrəli tam orta məktəbin bu layihəsini də bəyənərək, qalib olması üçün yaradılmış şəraitə görə təşəkkür etdi.Layihənin əsas özəyi Sağlam təhsil  mühitinin yaradılması və şagirdlərin fiziki-psixi, emosianal və mənəvi sağlamlığını təmin etməklə yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdir.

  


Layihə rəhbəri Günel Qocayeva layihə haqqında ətraflı məlumat verərək əvvəlcə layihənin məqsəd və vəzifələrini izah etdi, layihə boyunca görüləcək işlər haqqında məlumat verdi.

   Layihədə hədəf obyekti şagirdlər və onların sağlamlığı olduğu üçün tədbirdə məktəb psixoloqları Dürdanə Balaoğlanova,Şəfa Avdıyeva, həkim-pediator Kəmalə Zeynalova,ADBTİA müəllmi, Beynəlxalq dərəcəli təlimçi Namiq Cəfərov, o cümlədən, ibtidai sinif və fənn müəllimləri, məktəbin valideyn komitəsinin sədri iştirak edirdi.


Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı vəzifəlr həyata keçirilir:

·       Layihəyə cəlb olunmuş 3 sinfin seçilməsi

·       Layihə mütəxəssisləri ilə “Sağlam təhsil mühiti” üçün təlim materiallarının hazırlanması.

·       “Sağlam təhsil otağı”nın hazırlanması

·       “Sağlam sinif” yaradılmış digər məktəblərlə görüş

·       Şagirdlərdə  3D dizaynı və Micribitlə işləmə bacarığının inkişafı

·       4 ay boyunca təlimlər, seminarlar, görüşlərin təşkili

Artıq şagird və siniflərimiz seçilib, təlimlərimiz başlayıb, sinfimizin hazırlıq işləri davam edir.Layihənin eksperti Aliyə Əhmədova və peşəkar təlimçilərimiz  Beynəlxalq dərəcəli təlimçi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova, STEAM və Biologiya müəllimi, İTE-nin təlimçisi Elnarə Nərimanova və Beynəlxalq dərəcəli təlimçi Namiq Cəfərov tərəfindən  uğurla həyata keçiriləcək.

 

Комментариев нет:

Отправить комментарий