воскресенье, 27 ноября 2022 г.

Yerdəki ulduzlar


 


Orta məktəblərdəki tədris proqramları ilbəil dəyişilir. Xüsusilə də kurikulumun tətbiqindən sonra bu dəyişiklik daha çox nəzərə çarpıb. Çox yox, 5 il əvvəlin dərslikləri ilə indikiləri müqayisə etsək, aradakı fərqi aydın görərik.

Yeni dərsliklərin şagirdləri şifahi nitqə yönəltməsi, onlarda məntiqi təfəkkürü inkişaf  etdirməsi müsbət hal olsa da, çoxları proqramın çətinliyindən  şikayətçidirlər.

Xüsusilə də riyaziyyat proqramında bir vaxtlar XI sinfə salınan mövzuların indi aşağı siniflərdə tədrisi birmənalı qarşılanmır.

PİK 2020 MMC-nin apardığı mönitoriqn nəticəsi kimi  mövzu ilə bağlı riyaziyyat müəllimlərinin  fikirlərini öyrənib.

 “İndi dərsliklərə salınan bəzi mövzular əvvəlki məktəb proqramında yox idi, yalnız ali məktəbdə keçirilirdi. Son illərdə isə onlar artıq orta məktəb dərsliklərinə də əlavə olunub. Məsələn, əvvəl “Ehtimal nəzəriyyəsi”  mövzusu XI siniflərdə keçirilirdi. Amma indi bu mövzu qısa formada da olsa, VI-VII siniflərə gətirilib. Bu, sadəcə bir nümunə idi. Proqrama əlavə edilən digər mövzular da var”.




O, proqramdakı bu dəyişikliklərin uşaqların dərsi qavramasına çətinlik yaratdığını deyib:

“III fənn bloku üzrə imtahan verən şagirdlər Riyaziyyatdan  daha çox   çətinlik çəkirlər. Qeyd edim ki, imtahana hazırlaşan şagirdlərin çoxu aşağı siniflərdə dərs oxumur, X-XI  sinfə çatanda repetitor yanına getməyə, oxumağa başlayırlar. Belə olduqda Riyaziyyat onlara çox çətin gəlir. Üstəlik, vaxt azlığı da problem yaradır”.

Müəllimin fikrincə, problemi aradan qaldırmaq üçün uşaqlar üçün əyləncə xarakterli, hədiyyəli sualları tərtib etmək olar. Bu, çətin mövzuları belə onlar üçün maraqlı hala gətirəcək:

“Çətin mövzunu humanitar yönümlü şagirdə asan başa salmaq üçün praktiki izahlara üstünlük vermək lazımdır. Şagirdlərin çətinlik çəkdiyi mövzulara proqramda çox vaxt ayırmaq, mövzunu onlara sadə izahlarla mənimsətmək, humanitar yönümlü şagirdlərin çətinlik çəkdiyi mövzulara üstünlük vermək lazımdır”.

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş daha bir uğurlu layihənin qalibi Füzuli rayon 50 nömrəli tam orta məktəbin direktoru Günel Kazımovadır. Bu həyata keçirilən layihə yuxarıda göstərilən mövcud problemləri artıq qradan qaldırmağa başlamışdır. 

Комментариев нет:

Отправить комментарий