Baki şəhəri Təhsil İdarəsinin tabeçiliyində olan Nərimanov rayonu Novruzov qardaşları adına olan 36 nömrəli orta məktəbdə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi” layihəsi start verib. Layihənin ictimaiyyətə təqdim olunması üçün müvafiq təqdimat tədbiri keçirilmişdir. Burada məktəbin direktoru Gülnarə Cəfərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TDM-nin Məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova, Tibbi psixoloji komssiyanin sədri Elşad Səfixanov, 200 saylı Məktəb-Lisey kompleksinin psixoloqu Aygün Cəfərova öz cixışlarını etmışdirlər və layihənin vacibliyini vurğulamışdırlar. Bu layihə təkcə ev təhsilli şagirdlərin deyil, bununla bərabər həmçinin, onların valideynlerin və ailə üzvlərinin də cəlb olunmasına təkan olacaq.
Qeyd edək ki, layihə məktəbin psixoloqu Ofelya Qasımova tərəfindən icra edilir. Layihənin başlıca məqsədi sosial deprevasiyaya məruz qalan uşağların cəmiyyətdən ayrılmadan, onların da cəmiyyətin bir üzvü olduğunu unutdurmadan, psixoloji inkişafını dəstəkləmək və bu yolda olan mənəvi maniyələri və psixoloji baryerləri aradan qaldırmaqdır.
Комментариев нет:
Отправить комментарий