суббота, 10 декабря 2022 г.

Qobustan məktəblərində şagirdlərin yaradıcı fəaliyyəti davam edir


Görkəmli iqtisadçı alim, iş dünyasının bestselleri Tomas Stüartın sözlərini xatırlatmaq istərdim: “Nə təbii resurslar, nə istehsal edilən məhsulun sonsuz ehtiyatları, nə də ki, bank hesablari - bunlar şirkətin sərvətləri sayıla bilməz. Daim artmaqda olan informasiyalar əsrində hər hansı bir şirkətin sərvəti onun əldə etdiyi biliklər toplusu, bir sözlə - intellektual kapitalıdır”. STEAM son illərdə ölkəmizdə populyarlıq qazanmağa başlayıb. STEAM-ın populyarlaşması ilə təhsil ictimaiyyəti əvvəldən cavab verməyə hazır olmadığı sualları ilə gündəmə gəldi: STEAM-ın konseptual çərçivəsi nədir? STEAM ilə hansı təlim nəticələri hədəflənir? Bu hədəf tədris nəticələrini öyrətmək üçün hansı kurikulum islahatına ehtiyac var? Qabaqcıl ölkələr bu istiqamətdəki kadr (müəllim) hazırlığı və vahid STEAM tədrisi üçün müəllimlərin peşəkar inkişafına necə yanaşır? STEAM təhsilində təlim nəticələrinin ölçülməsində hansı çətinliklərlə rastlaşmaq olar? Bu çətinliklər necə aradan qaldırılır? Fəaliyyətimizi bu suallar çərçivəsində qurduq. İstər beynəlxalq əməkdaşlığımız çərçivəsində, istərsə də hazırladığımız STEAM məzmunlarının milli təhsil konsepsiyasına uyğunluğu və gələcəkdə onun tərkib hissəsinə çevrilərək təhsilalanların sonrakı peşəkar inkişafında bu gün qazandıqları bilik və bacarıqların onların həyat trayektoriyasının müəyyənləşdirməsində təsirinə belə həssaslıqla yanaşırıq. STEAM metodunun sürətli yayılması və inkişafı ixtisaslaşmış kadrlar tələb edir.Qobustan rayonu Cəyirli kənd

R.Hüseynov adına ümumi orta məktəbin müəllimi Gülzar Mustafa qızı Ələkbərova  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI  qrant müsabiqəsində qalib olduğu,“Yaradıcı dizaynerlər” adlı layihənin  dərsləri  çərcivəsində Qobustan rayonu ərazisində yerləşən təhsil müəssisələrinin  şagirdləri  üçün maraqlı bir fəaliyyətimiz  baş tutdu. 
Layihə Azərbaycan təhsilə müstəqil düşünə bilən, karyera seçimini şüurlu şəkildə edən, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən,  sahibkarlıq ruhu olan gənclərin yetişdirməsinə səbəb olacaq. Ümumiyyətlə, təhsilə qoyulan investesiyasin, gətirilən yeni təlim metodlarının müsbət təsiri böyükdür. Burada qazanan həmişə şagirdlərdir.  Şagirdlər quru ənənəvi dərsdənsə,  fəaliyyətdə olub qurma, yapma, yeni texnologiyalar, sensor ekranla işləməyi sevirlər.  Ona görə də STEAM həm elmi savadlılığı, həm mühəndis-dizayn qabiliyyətlərini, əldə olunan informasiyaları düzgün sistemləşdirib, analiz edib onların datalar ilə gələcəyi ehtimal etməyi, A və B variantlarını təklif etməyi və .lk növbədə 21-ci əsr üçün vacib sayılan həmin bacarıqlar sayəsində təhsilalanlar şəxsiyyət kimi yetişir: “STEAM təhsilalanlarda problem həll etmək, tənqidi təfəkkür, müstəqil təfəkkür, təşəbbüskarlıq, liderlik, komanda işi, ünsiyyət, məhsuldarlıq, yaradıcılıq, rəqəmsal savadlılıq kimi bacarıqların inkişafı və bu bacarıqları birləşdirərək bir fəaliyyətin qurulmasıdır. STEAM şəxsiyyətyönümlü fəaliyyətdir və yeni yaranan çağırışlara cavab verən şəxsiyyətin inkişafına yönəlib”.Sosial izolyasiya dövründə oranın əməkdaşları günümüzün tələbinə çevrilən 3D printerlərlər hazırlayırlar. Bu onu göstərir ki, STEAM artıq çevik qərar qəbuletmə bacarıqları əməkdaşlarda var və onlar zamanın, reallığın tələbinə uyğun olaraq işlərini qura bilirlər. Adətən şagirdlər də öz müəllimlərindən, böyükdən nümunə götürür. Yəni şagird görəndə ki, müəllimi nümunəvidir, özü çevik qərar qəbul edən, optimal vəziyyətləri tapa biləndir, o da müəllimin nümunəsində böyüyür. Ona görə  həqiqətən STEAM Azərbaycan layihəsinin təhsilimiz üçün faydalı olduğuna inanıram və ümid edirəm ki,  daha əmin addimlarla irəliləyəcəklər.

Комментариев нет:

Отправить комментарий