воскресенье, 11 декабря 2022 г.

UĞURA GEDƏN YOLUN BAŞLANGICI

 Sağlamlıq imkanları məhdud uşaqların təhsili dövlətimiz üçün əsas məsələlərdəndir.Elm və Təhsil Nazirliyinin İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin  qalib layihəsi “Robotina –Məktəblilər üçün əyləncəli Robototexnika layihəsi”nin dərsləri Valideyn Himayəsindən Məhrum Sağlamlıq imkanları məhdud uşaqlar üçün  4 Nömrəli Respublika xüsusi internat məktəbində keçirilir.Müəssisə 1967-ci ildən fəaliyyət  göstərir.2013-cu ildə məktəb sökülərək yenidən inşa edilib.160 uşaq

üçün nəzərdə
  tutulan  məktəbdə  tədris, yataq  korpusları,tibb məntəqəsi tikilib.Musiqi,idman ,müalicəvi bədən tərbiyəsi  otaqları və siniflərdə bütün lazımı avadanlıqlar var.Həmçinin  məktəbdə dulusçuluq,xalçaçılıq ,dülgərlik,çilingərlik,tikiş,toxuculuq,rəssamlıq  və peşə kabinetləri var.Şagirdlərimizin Robotina l

ayihəsində  iştirakının onların  həqiqətən STEAM  sahəsində necə bacarıqlı,həvəsli olmalarının şahidi  olduq.Biz sevgi ilə  başladığımız bu yolda ,sevgi ilə öyrətməyə davam etdik  Robotina layihəsi müddətində .Əldə etdiyimiz nəticəyə baxdığında görürük ki, onlar   böyük həvəs  və sevgi ilə  öyrənməyə hazırdılar. Əlillik öyrənməyə,öyrətməyə  əngəl deyil.Uğura gedən yolda heçnə əngəl deyil.Əngəl insanların düşüncəsindədir.,Əngəlli insan yoxdur.Əngəlli baxış və cəmiyyət var!Bizlər onların həyat yoluna işıq olmalıyıq.

Комментариев нет:

Отправить комментарий