среда, 25 января 2023 г.

Hər bir şagirdi cəmiyyətə qazandırırıq!



Uşaq iflici, epilepsiya, beyin travmaları, qəzalar və irsi faktorlar səbəbindən qüsurlu uşağa sahib olan ailələr, normal tempdə həyatı davam etdirə bilmirlər. Çünki uşaq baxımının gətirdiyi müəyyən çətinliklər mövcuddur. Bu ailələrdə maddi dəstəklə yanaşı mənəvi dəstək də mütləq şəkildə olmalıdır.

Bir uşağın ailəyə gətirdiyi xoşbəxtlik müzakirə edilməzdir. İnkişaf edib danışmağa, yeriməyə başlayıb ilk vərdişlərini qazandıqca övlad sahibi olmağın gətirdiyi çətinliklər də ortaya çıxamağa başlayır. Bununla yanaşı qüsurlu uşaqların valideynləri bu gözəllikləri eyni tərzdə və eyni tempdə yaşaya bilmir. Keçirilən qəzalar, xəstəliklər və ya bəzi irsi səbəblərdən dolayı müəyyən qrup uşaqlar üçün inkişaf uzun müddəti əhatə edir. Autizm, down sindromu, uşaq iflici, epilepsiya, baş və ya beyin travmaları kimi sağlamlıq problemləri bu uşaqların bir çox funksiyasına mənfi şəkildə təsir edir. Buna görə də qüsurlu şəxsin valideynləri kimi digər yaxın insanlar da problemin gətirdiyi çətinliklərlə qarşılaşırlar. Bəzi qüsurlu uşaqlar bir yerdən başqasına getmə, yemək yemək, su içmək kimi adi işlər üçün belə valideynlərinin və ya yaxınlarının qayğı və dəstəyinə möhtacdırlar. Ailədə qüsurlu fərd olduğu zaman onun dərəcəsinə əsasən ailənin bir üzvü; xüsusən də ananın vaxtının çoxunu uşaqla keçirməsi qənaətinə gətirib çıxarır. Ana müəyyən bir sahə üzrə fəaliyyət göstərirsə, məcburiyyət qarşısında qalaraq işdən uzaqlaşa bilər. Müalicə və reabilitasiya prosesi bir çox qüsurlu şəxs üçün uzun müddət və əməklə yanaşı müxtəlif sağlamlıq mərkəzlərinə getməyi, bir çox mütəxəssislə görüşüb tibbdə və əlaqədar digər elm sahə və tətbiqlərindəki inkişafları təqib etməyi tələb edir. Bunun iqtisadi istiqaməti olduğu qədər fiziki və psixoloji cəhd tələb edən istiqaməti də mövcuddur. Son illərdə bu mövzuda həm dövlətin həm də qeyri-hökumət təşkilatlarının dəstəyi artmaqla yanaşı belə ailələrə dəstəklə bağlı müxtəlif maarifləndirici tədbirlər təşkil edilir. Bəzi valideynlər isə qüsurlu uşaqları ilə maraqlanarkən digər övladlarına qarşı qeyri-kafi münasibət bəsləyirlər. Valideynlərin vaxtının çoxunu qüsurlu uşağıyla keçirmək məcburiyyətində olması, sosial həyatdan qopmasına da gətirib çıxara bilər.

 Həyata keçirdiyimiz layihə çərçivəsində qarşımıza qoyduğumuz əsas məqsəd: Bu şagirdləri cəmiyyətə qazandırmaq, eyni zamnda . onların valideyinlərinin maarifləndirilməsinə nail olmaqdır.

Bizim dərslərimiz zamanı onların fiziki qabiliyyətləri və xüsusi istedadları yoxlanılır. Daha sonar, hər bir uşaqla fərdi məşğələlər keçirilir: "Biz əvvəlcə uşaqları testlərlə fiziki qabiliyyətlərini yoxlayırıq. Biz hər bir uşaq üçün onların psixoloji pasportunu hazırlayırıq. Hər bir uşağın temprament tipi aydın olandan sonra onunla fərdi məşğul oluruq. Təzə başlayanda  uşaqların özünə inamı aşağı səviyyədə olur. Biz bu məşğələlərlə onların özünə inamını qaytarırıq. Bu məşğələlər şagirdlərin gələcək inkişafı üçün olduqca müsbət əhəmiyyət daşıyır. Hər hansı ailədə əgər fiziki qüsurlu uşaq varsa o zaman onun özü ilə bərabər valideyininin də psixoloji yardıma ehtiyacı var".

Комментариев нет:

Отправить комментарий