среда, 25 января 2023 г.

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi” layihəsi uğurla davam edir

Evdə təhsil  –  istədiyin təhsil formasını, təlimi öz evində, iş yerində, olduğun məkandan ayrılmadan ala bilməkdir. Bunun üçün biz bütün seçimləri bir araya toplayaraq, bu tədris foramsını sizlərə təqdim etməyi düşünürük. Çünki həyatın axarından asılı olmayaq. Həyatımızda nə baş versə də, təhsil əvəzolunmaz və qaçılmaz olaraq qalır. İnsan daima öyrənməyə kodlaşdırılmışdır. Biz istəsək də, istəməsək də günün tələbi insanları buna məcbur edir. Yaşamaq üçün nələrisə öyrənməliyik, daha yaxşı yaşamaq üçün çox şeyi öyrənməliyik, ürəyimiz istədiyi kimi yaşamaq üçün ürəyimiz istədiyimiz şeyləri öyrənməli və bundan yararlanmalıyıq. Dünyamız elə sürətlə inkişaf edir ki, indi insanlar üçün ən dəyərli məfhum zamandır. Bu zamanla ayaqlaşmaq üçün bəzən yerimizi dəyişmədən, tərpənmədən daha asan əldə etməyimiz bir şərtdir. . 
Baki şəhəri Təhsil İdarəsinin tabeçiliyində olan Nərimanov rayonu Novruzov qardaşları adına olan 36 nömrəli orta məktəbdə, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi çərçivəsində qrant qazanmış “Ev təhsilli uşaqlarımızın psixoloji inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində  şagirdlərin psixaloji inkişafı üçün, peşəkar təlimçilərimiz vasitəsi ilə mütamadi olaraq, həm canlı həmdə onlayn konsultat xidmətləri həyata keçirilir. 


Təlimçilərimiz şagirdlərin evlərinə gedərək, onların psixaloji vəziyyəti ilə maraqlanır v'ə onlara yardım edirlər. Evlərə getmədən öncə Ev təhsilli şagirdlər və valideynlərlə görüşlərin təşkili və keçirilməsi. Psixoloji problemlemləri olan şagirdlərə çətinlik yaradan problemlərin psixoloji səbəbini təyin edilməsi etapı həyata keçirilmişdir. . Psixoloji yardım 3 istiqamətdə aparılır.:.fərdi psixoterapiya, qrup terapiyası, ailə psixoterapiyası.. Layihə çərçivəsində Vatsap qrupu yaradılmış və təlimçilərimiz və ekspertlərimiz durmadan valideyinlərin suallarını cavablandırı və onlara dəyərli məsləhətlərini verirlər.
Layihənin gedişi onu göstərir ki, Biz artıq məqsədlərmizə doğu irəli gedirik. 

Комментариев нет:

Отправить комментарий