воскресенье, 26 ноября 2023 г.

Unudulmuş ilmələrin sehrində


Bakı, Naxçıvan, Qarabağ, İrəvan, ŞirvanQuba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi əsas xalça qruplarında təsnif və tədqiq olunan Azərbaycan xalçaları aid olduğu bölgələrin coğrafietnik, mədəni müxtəlifliyini əks etdirir.

Ümumilikdə Azərbaycan xalçaçılığının keçdiyi dörd əsas inkişaf mərhələsi İrəvan qrupuna da şamil edilirİlk mərhələ xalça sənətinin ibtidai dövrüdür. Qərbi Azərbaycanda dəvə, qoyun yunundan, pambıqdan toxunan bəzəksiz, saya palazlar və cecimlər bu mərhələyə aid edilirMilli xalçaçılıq sənətimiz həm texniki, həm də bədii cəhətdən nisbətən təkmilləşdiyi ikinci mərhələdə sadə keçirtmə, dolama texnikası ilə yundan, pambıqdan, bəzən də ipəkdən toxunan kilimlər meydana gəlir. İrəvan kilimləri üzərində rombüçbucaq və  trapesşəkilli naxışlar, ornamentlər öz əksini tapır. Burada "gəzməli kilim" adlandırılan mürəkkəb dekorativ quruluşlu nümunələrə də rast gəlinir. Üçüncü dövr vərni (ipək və yun), şəddə (yun, ipək, pambıq), zili (yun, pambıq, ipək), ladı (yun və pambıq) kimi xovsuz xalça məmulatlarının yaranması ilə xarakterizə olunur. Mürəkkəb dolama üsulu ilə toxunan İrəvan şəddələri və vərniləri əsasən maldarlıqla məşğul olan əhalinin məişətində geniş istifadə edilirdi.  Vərnilərin əsas naxışları şahmat damaları qaydası ilə stilizə edilmiş iri ölçülü əjdaha təsvirlərindən ibarət olurduPalaz və cecim texnikası əsasında toxunan şəddələr də müvafiq şəkildə sadə və mürəkkəb olmaqla iki qrupa bölünürdü. Qərbi


Azərbaycan zililərinin bəzilərinin yerliyi palaz texnikası-sadə keçirtmə üsulubir qismi isə mürəkkəb dolama üsulu ilə naxışlanmışdır.
 Xalçaçıq sənətinin bu mərhələsi eyni zamanda xovsuz məişət əşyalarının yaranması ilə də yadda qalır. Həm forma, həm də məzmunca dəyişmə prosesi nəticəsində tarixən Qərbi Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsi olmuş məfrəş, xurcun, heybə, çuvalçulyüküzüsicim, çatı və skimi məişət əşyaları yaradır.

Düyünləmə - yəni əvvəllər "dolama ilmə", sonralar isə "qüllabi ilmə" texnikası əsasında xovlu xalçaların toxunması xalça sənətinin dördüncü dövrünü əhatə edir.  İrəvan qrupu xalçalarının istər texniki, istərsə də bədii baxımdan inkişaf etdiyi bu mərhələdə daha mürəkkəb kompozisiyalar yaranmağa başlayır.  İrəvan xalçaları Azərbaycanın digər xalça qrupları ilə bir sıra oxşar və fərqli xüsusiyyətlərə malikdir. Bölgənin zəngin təbiəti - flora və fauna ehtiyatları xalçaların rəng-kompozisiya həllinə bilavasitə təsir göstərmişdir. Xalçaların naxış-kompozisiya seçimində yerli əhalinin təsəvvürləri, mifik görüşləri, inancları mühüm yer tutmuşdur

Mifoloji quşlarheyvanlar, həmçinin dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər İrəvan qrupu xalçalarının bədii həlli üçün səciyyəvi olmuşdurCoğrafi baxımdan Şərqi Anadolu, Naxçıvan, Qazax-Borçalı, Qarabağ və Təbrizlə yaxınlığı Qərbi Azərbaycan xalçalarının sadalanan bu bölgələrdə toxunan xalça nümunələri ilə oxşarlığını şərtləndirən əsas amillərdəndir.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi. VII qrant müsabiqəsində qalib olmuş "Unudulmuş İlmələrin sirri-Pirəbədil xalçalarının şagirdlərə öyrədilməsi"layihəsinin əsas hədəfi şagirdlərə xalçaçılıq sənətinə maraq yaratmaqdır.
Bəşəriyyət yarandığı dövrdən insan cəmiyyəti müxtəlif formasiyalar yaradaraq, ictimai-siyasi, mədəni inkişafa doğru irəliləmişdir. Bu inkişaf yolunda əcdadlarımız həm də zəngin mədəni miras yaratmışdır.
Layihənin əsas özəlliyi Qədim tarixi yaşadan və onu gənc nəsilə ötürən təlimçilərimiz Aygün və Sveta müəllimə bu işə öz ürəklərini qoymuşdur.

Комментариев нет:

Отправить комментарий