VEB 2.0 BİZƏ NƏ VERİR?
ETT-in (Elmi
Texniki Tərəqqi) həyatımızın bütün sahələrini
əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini
artırmaq məqsədilə İKT-ni dərs prosesinə tətbiq etmək artıq zəruri bir məsələyə
çevrilmişdir. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir,
həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir. Bu faktın doğruluğunu biz aşağıdakı piramida
üzrə müşahidə edə bilərik. Verilmiş piramida müxtəlif tədris üsulları vasitəsi
ilə yeni məlumatların şagirdlər tərəfindən hansı dərəcədə qavranılmasını əks
etdirir. Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz
multimedia dünyasında inkişaf etməlidirlər. Texnologiya elə sürətlə inkişaf
edir ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir.
Bizim şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil
telefonlardan,
çatdan rahat istifadə edir, YouTube-da
video görüntülər yerləşdirirlər. Bloqlarlar yaradaraq, Facebook-un
imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Bu səbəbdən
müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul
saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün Azərbaycan müəllimlərinin təlim prosesinə yaradıcı və rəqəmsal yanaşması
vacibdir. Son illər ərzində insanların
öyrədilməsi ilə əlaqədar təhsil işçilərinin yeni biliklər əldə etmələri üçün təhsil
sahəsində aparılan tədqiqatlar genişlənmişdir. Texnologiyanın xüsusilə də
kompyuterin inkişafı sahəsində əldə olunan nailiyyətlər nəticəsində ibtidai,
orta və ali təhsil öyrənmənin necə və hansı vasitələrlə daha yaxşı öyrədilməsi
ilə bağlı yeni yeni tədqiqatların aparılır. Əmək bazarında insana əsas qiymət
verilən amillər yeni texnologiyalarla işləmək, bilikləri praktik bacarıqlara
çevirmək və hər gün dəyişən tələblərə cavab verməkdir. Məhz İnsan resurslarının
inkişaf etdirilməsi, bu tələblərə cavab verməsi təhsilin müasir tələblərə
uygunlaşması deməkdir. Müasir tələblərə texnologiyalar və texnologiyaların
pedoqoji imkanlarından istifadə etmək bilik və bacarıqları da daxildir. Şagird,
tələbə, müəllim və təhsil müəssisələrini idarə edənlər bu tələblərə cavab vermək
üçün daim təqdiqatda olmalı, imkanlar yaratmalı, imkanları bilik və bacarıqlara
çevirməlidirlər.İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün
istifadə də müasir təhsil siyasətinin əsas prioritet məqsədlərindən biridir. Hal-hazırda
bir çox məktəblilər, valideynlər və müəllimlər məktəbdə
informasiya-kommunikasiya texnologiyalarından istifadə edirlər. Və bu
texnologiyalar müasir məktəblər qarşısında duran tapşırıqların kompleks həllini
tələb edir. İKT-nin tətbiq edilməsi yeni məktəbi – elektron məktəbi yaradır.
Elektron məktəb elektron (социум)-u təqdim
edir. Elektron sociumun ayrılmaz hissəsi sosial şəbəkədir.Məktəbdə sosial şəbəkə nə deməkdir? Bu proqram təminatları
insanlara ideyalar və maraqlandıran mövzular ətrafında birləşməyə imkan
yaradır. Kimya, ədəbiyyat və hər hansı digər fənlərlə maraqlananları proqram şəbəkəsi
öz ətrafında cəmləyir. Buna əsaslanaraq, məktəb də proqram təminatı şəbəkəsindən
istifadə edir. Biz də məktəbdə belə bir şəraitə sahib ola bilərikmi?! Məktəbdə
aşağı , yoxsa yuxarı sinif şagirdləri ilə
ünsiyyətdə olardınız? Hətta bir sinifdə belə maksimum 2 və ya 3 şagird müxtəlif
mövzulardakı tədqiqatlarda həmfikir ola bilərlər. İnkişaf edən dünyada
internet-kommunikasiya sistemlərinin- bloqlar, səhifələr, fayllar və
informasiyanın dəyişilməsi, forumlar –bütün bunlar şagirdlərə qəti olaraq tədqiqat,
quruculuq və bilik və bacarıqların əldə olunması üsulları üçün yeni yollar təklif
edir.Məktəbin əsas məqsədi cəmiyyətdə şagirdlərin həyata
hazırlığıdır. Bu gün məktəb şagirdə bunları verir:- Bilik- Öyrənmə
bacarığı- Sosial
təcrübələrSosial şəbəkə məktəbin ağır, çətin funksiyalarını həyata
keçirməyə imkan yaradır. Xüsusilə, communication, collaboration, public speech,
team work kimi sosial bacarıqları inkişaf etdirmək. Şagirdlərdə müəyyən olunmuş
bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu da qiymətləndirməmək
olmaz. Amma “sosial şəbəkə” ifadəsi pedaqoqlarda bir sıra neqativ rəy yaradır,
belə ki, yalnız əyləncə təsəvvürü yaradır. Maarifyönümlü məqsədlər üçün sosial
şəbəkə texnologiyalarından istifadə məqsədyönlüdür. Bütün bunlar bizə bu vasitələrin
pedaqoji əhəmiyyətini obyektiv, düzgün müzakirə etməyə şərait yaradır. Bu,
yaşdan, sinifdən, məktəbdən, rayondan, hətta şəhərdən asılı deyil. Təhsil hörümçəyi – təkcə toplanmış informasiya
massivləri , saxlanan informasiya sahəsi deyil, amma informasiya vasitələri,
bloqlar, sosial şəbəkələr belə imkanları yaradır. Təhsil prosesindəki əsas dəyişikliklər
bu prosesdəki şəxslərin fəal iştirakı ilə əlaqədardır. Təhsil prosesində şəbəkə
texnologiyalarından istifadə imkanlarını başa düşərək və qiymətləndirərək biz
uşaqlar üçün məktəbi daha da aktual, maraqlı və mənalı edirik.Sosial şəbəkələrin də daxil olduğu tədris
metodikasından istifadəyə əsasən, müəllimlər məktəblilərin çox hissəsinin diqqətini
bu sahəyə cəlb etdirə biləcək, sinifdəki əməkdaşlıq hissini gücləndirəcək, İT
üzrə bilik səviyyəsini yüksəldəcək və ünsiyyət bacarığını təkmilləşdirəcəklər.Dünya təcrübəsinə
nəzər salsaq görərik ki, sosial servislərin mövcud resurslarından tədrisdə
olduqca geniş istifadə olunur. Məsələn facebook,tvitter kimi saytlardan daha
çox ali tədrisdə mövzuıarın birgə müzakirəsi zamanı istifadə olunur. Qonşu
Rusiya tədris sisteminə nəzər salsaq şahidi ola bilərik ki, onlar vikipediya və
onun növlərindən, bloqlardan, sladshare, retube, youtube, teashertube saytlarından tədris prossesində olduqca geniş
şəkildə istifadə edirlər.İnternetin
imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün
istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq
edilməsi şagird və tələbələrin tənqidi və
yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən
biridir. Öyrənmə təcrid olunmuş və sabit bir proses deyil. Bu səbəbədən müəllimlər
“tənqidi pedaqoqikaya”ya müraciət etməlidirlər. Bu fəaliyyət çərçivəsində, müəllimlər
biliyi idarə edən şəxsdən müxtəlif əqli və sosial problemlərdə bacarıqların tətbiq
olunmasına yardım edən şəxsə çevrilirlər.
Ramil müəllim blogunuzda etdiyiniz yenilikləriniz mübarəkdi!!!
ОтветитьУдалитьUğurlu düşərli olsun inşallah !