среда, 27 ноября 2013 г.

VEB 2.0 BİZƏ NƏ VERİR?






ETT-in (Elmi
Texniki Tərəqqi) həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq məqsədilə İKT-ni dərs prosesinə tətbiq etmək artıq zəruri bir məsələyə çevrilmişdir. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir.  Bu faktın doğruluğunu biz aşağıdakı piramida üzrə müşahidə edə bilərik. Verilmiş piramida müxtəlif tədris üsulları vasitəsi ilə yeni məlumatların şagirdlər tərəfindən hansı dərəcədə qavranılmasını əks etdirir. Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimedia dünyasında inkişaf etməlidirlər. Texnologiya elə sürətlə inkişaf edir ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir. Bizim şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil
telefonlardan, çatdan rahat istifadə edir, YouTube-da  video görüntülər yerləşdirirlər. Bloqlarlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradırlar və s. Bu səbəbdən müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün  Azərbaycan müəllimlərinin təlim  prosesinə yaradıcı və rəqəmsal yanaşması vacibdir.   Son illər ərzində insanların öyrədilməsi ilə əlaqədar təhsil işçilərinin yeni biliklər əldə etmələri üçün təhsil sahəsində aparılan tədqiqatlar genişlənmişdir. Texnologiyanın xüsusilə də kompyuterin inkişafı sahəsində əldə olunan nailiyyətlər nəticəsində ibtidai, orta və ali təhsil öyrənmənin necə və hansı vasitələrlə daha yaxşı öyrədilməsi ilə bağlı yeni yeni tədqiqatların aparılır. Əmək bazarında insana əsas qiymət verilən amillər yeni texnologiyalarla işləmək, bilikləri praktik bacarıqlara
çevirmək və hər gün dəyişən tələblərə cavab verməkdir. Məhz İnsan resurslarının inkişaf etdirilməsi, bu tələblərə cavab verməsi təhsilin müasir tələblərə uygunlaşması deməkdir. Müasir tələblərə texnologiyalar və texnologiyaların pedoqoji imkanlarından istifadə etmək bilik və bacarıqları da daxildir. Şagird, tələbə, müəllim və təhsil müəssisələrini idarə edənlər bu tələblərə cavab vermək üçün daim təqdiqatda olmalı, imkanlar yaratmalı, imkanları bilik və bacarıqlara çevirməlidirlər.İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün istifadə də müasir təhsil siyasətinin əsas prioritet məqsədlərindən biridir. Hal-hazırda bir çox məktəblilər, valideynlər və müəllimlər məktəbdə informasiya-kommunikasiya texnologiyalarından istifadə edirlər. Və bu texnologiyalar müasir məktəblər qarşısında duran tapşırıqların kompleks həllini tələb edir. İKT-nin tətbiq edilməsi yeni məktəbi – elektron məktəbi yaradır. Elektron məktəb elektron  (социум)-u təqdim edir. Elektron sociumun ayrılmaz hissəsi sosial şəbəkədir.Məktəbdə sosial şəbəkə nə deməkdir? Bu proqram təminatları insanlara ideyalar və maraqlandıran mövzular ətrafında birləşməyə imkan yaradır. Kimya, ədəbiyyat və hər hansı digər fənlərlə maraqlananları proqram şəbəkəsi öz ətrafında cəmləyir. Buna əsaslanaraq, məktəb də proqram təminatı şəbəkəsindən istifadə edir. Biz də məktəbdə belə bir şəraitə sahib ola bilərikmi?! Məktəbdə aşağı ,  yoxsa yuxarı sinif şagirdləri ilə ünsiyyətdə olardınız? Hətta bir sinifdə belə maksimum 2 və ya 3 şagird müxtəlif mövzulardakı tədqiqatlarda həmfikir ola bilərlər. İnkişaf edən dünyada internet-kommunikasiya sistemlərinin- bloqlar, səhifələr, fayllar və informasiyanın dəyişilməsi, forumlar –bütün bunlar şagirdlərə qəti olaraq tədqiqat, quruculuq və bilik və bacarıqların əldə olunması üsulları üçün yeni yollar təklif edir.Məktəbin əsas məqsədi cəmiyyətdə şagirdlərin həyata hazırlığıdır. Bu gün məktəb şagirdə bunları verir:-  Bilik-  Öyrənmə bacarığı-  Sosial təcrübələrSosial şəbəkə məktəbin ağır, çətin funksiyalarını həyata keçirməyə imkan yaradır. Xüsusilə, communication, collaboration, public speech, team work kimi sosial bacarıqları inkişaf etdirmək. Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu da qiymətləndirməmək olmaz. Amma “sosial şəbəkə” ifadəsi pedaqoqlarda bir sıra neqativ rəy yaradır, belə ki, yalnız əyləncə təsəvvürü yaradır. Maarifyönümlü məqsədlər üçün sosial şəbəkə texnologiyalarından istifadə məqsədyönlüdür. Bütün bunlar bizə bu vasitələrin pedaqoji əhəmiyyətini obyektiv, düzgün müzakirə etməyə şərait yaradır. Bu, yaşdan, sinifdən, məktəbdən, rayondan, hətta şəhərdən asılı deyil. Təhsil hörümçəyi – təkcə toplanmış informasiya massivləri , saxlanan informasiya sahəsi deyil, amma informasiya vasitələri, bloqlar, sosial şəbəkələr belə imkanları yaradır. Təhsil prosesindəki əsas dəyişikliklər bu prosesdəki şəxslərin fəal iştirakı ilə əlaqədardır. Təhsil prosesində şəbəkə texnologiyalarından istifadə imkanlarını başa düşərək və qiymətləndirərək biz uşaqlar üçün məktəbi daha da aktual, maraqlı və mənalı edirik.Sosial şəbəkələrin də daxil olduğu tədris metodikasından istifadəyə əsasən, müəllimlər məktəblilərin çox hissəsinin diqqətini bu sahəyə cəlb etdirə biləcək, sinifdəki əməkdaşlıq hissini gücləndirəcək, İT üzrə bilik səviyyəsini yüksəldəcək və ünsiyyət bacarığını təkmilləşdirəcəklər.Dünya təcrübəsinə nəzər salsaq görərik ki, sosial servislərin mövcud resurslarından tədrisdə olduqca geniş istifadə olunur. Məsələn facebook,tvitter kimi saytlardan daha çox ali tədrisdə mövzuıarın birgə müzakirəsi zamanı istifadə olunur. Qonşu Rusiya tədris sisteminə nəzər salsaq şahidi ola bilərik ki, onlar vikipediya və onun növlərindən, bloqlardan, sladshare, retube, youtube, teashertube  saytlarından tədris prossesində olduqca geniş şəkildə istifadə edirlər.İnternetin imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq edilməsi şagird və tələbələrin  tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən biridir. Öyrənmə təcrid olunmuş və sabit bir proses deyil. Bu səbəbədən müəllimlər “tənqidi pedaqoqikaya”ya müraciət etməlidirlər. Bu fəaliyyət çərçivəsində, müəllimlər biliyi idarə edən şəxsdən müxtəlif əqli və sosial problemlərdə bacarıqların tətbiq olunmasına yardım edən şəxsə çevrilirlər. 


1 комментарий:

  1. Ramil müəllim blogunuzda etdiyiniz yenilikləriniz mübarəkdi!!!
    Uğurlu düşərli olsun inşallah !

    ОтветитьУдалить