суббота, 29 марта 2014 г.

Müəllim+ Web2.0= Onda ugur da bizimlə olacaq liderlikdə


Oxudum- unutdum, gördüm- xatırladım, etdim- öyrəndim. (Konfutsi)

Vəliyeva Vəfa- Zərifə Əliyeva adına lisey, 189 nömrəli tam orta məktəb İnformatika müəllimi.
 Sosial Sevislər İKT üzrə Təlimçi və Veb2.0 üzrə Baş Təlimçi 



İnformasiya cəmiyyətində İKT-nin verdiyi imkanlar əsasında təhsilin planlaşma  və reallaşma dairəsi dəyişir.  İKT-nin sürətli inkişafı təhsilin qloballaşmasına real  imkanlar yaradır. Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox  böyük  önəm  verilir.Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.
Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən bir  müəllim  kimi İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird “ tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, kompüter tədris proqramları, rəngarəng veb 2.0 texnoloji alətlətindən istifadə uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə  şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda  göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
İKT-nin (sosial servislər) imkanlarından tədrisdə  istifadə edirəm interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Veb 2.0 alətlərindən istifadə uşaqların hamısı müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. Bele  keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. Lakin onların hər birinin özünəməxsus cəhətləri də vardır ki, müəllimlər dərsə hazırlaşarkən  bunları nəzərə alır, metodları mövzunu, uşaqların marağını, sinfin səviyyəsini nəzərə  almaqla seçirlər.  Müasir dərsdə uşaqlarda yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim  yeni texnoloji servislələrdən necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli, sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair yardımçı yeniliklərdən istifadə etməlidir..Müasir dərs uşaqların dünyagörüşünü inkişaf etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini artırmalıdır. Bunun əsasını diferensiallaşdırma, demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər təşkil etməlidir.
Mən  təlimci təcrübəmdən bu qənaətə gəlmişəm ki, ilk novbədə müəllimlər inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur.Bu müəllimləri Passiv təhsildən aktiv təhsilə yönəldir.Dialoq isə məhz sosial servislər olan web 2.0 alətlərində mümkundur.
Gəlin Bir toxunuşla dünyani fəht edək !
Web 2.0 əslində texnoloji bir  axındır. Mənim fikrimcə Web 1-də saytlar bir növ monoloq idi. Fikrinimizi  qeyd  etməyə imkanı yox idi. Web 2.0 isə bir növ dialoqdur. Bu vaxt hər bir istifadəçi oz fikrini bildirmək imkani daha coxdur. Qısaca istifadəçi alətlərin inkişafında rol oynayır. Təbii ki, texnoloji tərəfi də varAdi bir şəkil canlı bir video klipə cevrilir və dərslərimidə bu videolardan istifacə edərək daha maraqlı və məzmunlu  nəticələr alırıq.Alətlərdə yaratdigimiz hər bir resursu sosial şəbəkələrində paylaşma imkanımız var Beləcə texnoloji yeniliklərin də Web 2.0-da böyük rolu olur.
Veb 2 texnologiyaları deyildikdə buraya veb-dizayn, məlumatların yeni ötürülmə texnikası və insanların İnternet saytlarında cəmiyyət yaratmasını aid etmək olar.Keçirilən Web2.0 təlimləri göstərir ki,Yenilikləri həyata keçirərkən təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin yenilikləri həyata keçirilməsində təcrübələri artdıqca və bu işə daha çox müəllim cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, ehtiyacları artır.  Web 2.0 təlim üzrə müəllimlər üçün məlumatın və müasir texnoloji təcrübənin yayılması ,tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli və məqsədəuyğun yollarından biridir. Təqdim etdikləri bloqlar vasitəsilə qısa müddətdə gələcək üçün fəal (interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün olacaqdır.Mən əminəm ki, sosial servislər və web2.0  alətlərinin hər bir müəllim tərəfindən istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq. Müəllimlərin web 2.0 texnologiyalarına yiyələnməsi təhsil ictimaiyyətinə həm də milli-mənəvi baxımdan böyük önəm kəsb edir. Biz demokratik şəraitində yaşayırıq, bizim bir çox tarixi abidələrimiz var Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs onun qayğısına necə qalırıq? Necə təbliğ edirik? Bu baxımdan müəllimlər yaratdıqları  təqdimatları, xəritələri, sənədləri internet istifadəçilərilə paylaşa bilirlər. Cavab olaraq paylaşdığımız insanlar öz rəylərini mətn vasitəsilə bildirirlər. Nəticədə bir qrupmüəlim bu təqdimat, xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar. Veb 2 texnologiyaları dinamik və interaktivdir, pulsuzdur. İş prinsipi, naviqasiya çox rahat və dinamikdir. Sadəcə qeydiyyatdan keçib arzu etdiyiniz resursu yarada bilərsiz. Aşağıda  bir sıra Veb 2 alətləri ilə Sizləri tanış edirik. 4 Multimedia
Slideshare - hazır təqdimatların, sənədləri, videoların yerləşdirilməsi 
Animoto - multimedia slaydşou yaradılması 



PhotoPeach - təqdimatların, musiqili slayd şou hazırlanması
Playcast - şəkil+musiqi+şeir vəhdətindən alınan açıqcaların hazırlanması 



ProShow WEB - musiqili slayd şou hazırlanması 
Fotofilmi - multimedia fotofilmlərin yaradılması 
Kizoa - kollaj və slaydşou hazırlanması

PhotatoBug - onlayn slaydşou
TubeSnack - fləş video pleylistlərin yaradılması 
Tripadvisor - multimedia slaydşou yaradılması 
Vocaroo - Onlayn səsyazma

teachvideo.ru - Maarifləndirici videolar
Puzzlecup - onlayn krossvord hazırlama
JigZonepazl yaratmaq üçün onlayn proqram.
Mixbookfotoalbom, gündəlik, təqvim, açıqcaların hazırlanması
DreamsBoard - virtual lövhə şəkil+stiker+mətn
Blogspot   -onlayn bloq
Web 2 İnnovasiyadır, yenilikdir, məhsuldarlıqdir, inkişafin təkmilləşdirilməsidir, yeni layihələrdir,saglam rəqabətdir,yüksək professional yanaşmadır. Bu  texnologiyaların  tətbiqi  nəticəsində   müasir pedaqoji  mühitə  təhsil servisi,  təhsil trayektoriyası kimi yeni  anlayışlar daxil olur.  Bu gün təhsilin müasir texnologiyalara olan tələbatı artır, təhsil modelləri, təhsil prosesi iştirakçılarının rolları  tədricən dəyişir. .İnternetin imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq edilməsi şagird və tələbələrin  tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər kimi yetişməsinə yardım edən vacib amillərdən biridir.

Yenilikinam və məqsəd uğrunda təcrübə yolu sosial servislər və veb 2.0 alətlərindən uzunmüddətli istifadə edərək  biz  müəllimlər  XXI əsr bacarıqlarını  daha tez bir zamanda  tətbiq etmis oluruq.Bu isə  Blum nəzəriyyəsinin yuksək səviyyəsidir
Sitatın sonu : 
Ətraflı çalışaq, doğru şəkildə, diqqətli düşünək, düşündüklərimizi nəzərdən keçirək, ciddi və səmimi şəkildə tətbiq edək.Onda ugur da bizimlə olacaq liderlikdə


1 комментарий: