Hədəflərinizə
qovuşmada ən əsas kriterilərdən biri bu hədəflərə bütün varlığınızla
bağlanmanızdır. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə
bağlanması mövzusunda tövsiyələri çox mənalıdır: "Sizdən biriniz roman
yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə
çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini
unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri
edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında
tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada
rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır.Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək. Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını "Delenda est Carthago!" (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.
Mən və Karyeram kitabı-Bakı 2012-ci il Müəllif Ramil Süleymanov, Ayaz Abuşov
Комментариев нет:
Отправить комментарий