19 iyul 2019-cu il tarixində Quba
rayonu Qəçrəş qəsəbəsində Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin
maliyyə dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq
Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri,
tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsi çərçivəsində
növbəti tədbir keçirilmişdir.
“Sumqayıt tələbələri” İctimai
Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarını və qonaqları
salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının
artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli
olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq
ictimaiyyətə düzgün çatdırılması barədə məlumat verdi.

Комментариев нет:
Отправить комментарий