Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və
innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi”
çərçivəsində fərdi kateqoriya üzrə qalib
olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim
tərbiyyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın "I Mühəndislik
və robototexnika" layihəsi çərçivəsində 30.08.2019-cu il tarixdə Bakı şəhər
60 nömrəli tam orta məktəbdə layihənin təqdimatı keçirilmişdir. Layihənin əsas məqsədi istedadlı şagirdlərin
aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf
etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir.
Layihə boyunca təlimlər 4 ay müddətində
(7-11 yaş şagirdlər arasaında keçiriləcəkdir) . 60 nəfər şagird Yasamal rayon
üzrə seçilmiş məktəblərdən təlimlərə cəlb olunacaqdır. Robot texnologiyasından
istifadə edərkən və robot dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir
dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri
araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar. Tədbirdə
Bakı şəhər üzrə Təhsil İdarəsinin, “Mars Academy MMC”-nin,
“Demokratik Gənclər”İctimai
Birliyinin, layihədə iştirak edəcək təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi. Bu layihə çərçivəsində
Məktəb-QHT-Biznes qrumu birlikdə bir əməkdaşlıq şəkilində fəaliyyət göstərəcəklər.
Layihə çərçivəsində şagirdlərə
araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə
barədə təlimlər keçiriləcəkdir. Robototexnika
sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini
artırırlar. Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap edilib,
facebook-da səhifə açılıb. Qeyd edək ki, Təhsildə inkişaf və
innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri
və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat
Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası
üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun
sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi
tərəfindən təsdiqlənib. Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi
və müəllimlər qalib gəlib

Комментариев нет:
Отправить комментарий