Təhsil Nazirliyinin elan
etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Xızı rayon Agdərə
kənd orta məktəbinin müəllimi Novruzova Sevincin “ROBOLAB” şagirdlərin səmərəli təhsil
fəaliyyətinə cəlb edilməsi" layihəsi çərçivəsində 14.09.2019-cu il tarixdə
Xızı rayon Sitalçay kənd orta məktəbində
şagirdlər üçün layihənin təqdimatı
keçirilmişdir.
Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar
olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf
etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir.
Layihə boyunca
təlimlər 3 ay müddətində 100 nəfər şagird Xızı rayon üzrə seçilmiş məktəblərdən
təlimlərə cəlb olunacaqdır. Robot texnologiyasından istifadə edərkən və robot
dizayn edərkən şagirdlər bir alim, mühəndis və ya bir dizayner kimi düşünür,
zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə
həll tapmaqda daha bacarıqlı olacaqlar. Tədbirdə “Mars Academy MMC”-nin,
“Demokratik Gənclər”İctimai Birliyinin, layihədə iştirak edəcək təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.
Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat,
məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçiriləcəkdir.
Robototexnika sahəsində isə şagirdlər
proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar.
Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap
edilib, facebook-da səhifə açılıb.
Qeyd edək ki, Təhsildə inkişaf və
innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri
və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Təşkilat
Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası
üzrə 53, fərdi
kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar
verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib

Комментариев нет:
Отправить комментарий