30 avqust 2019-cu il
tarixində Sumqayıt şəhərində Park restoranında Azərbaycan Respublikasının Mədəniyyət
nazirliyinin maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin
təşkilatı dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya
texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və
mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın
aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Təlimdə şəhərin və ümumi
təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil
müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv
gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.
“Sumqayıt tələbələri” İctimai
Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarını və qonaqları
salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının
artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli
olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq
ictimaiyyətə düzgün çatdırılması barədə məlumat vermişdir.
Комментариев нет:
Отправить комментарий