“Bu, şagirdlərin İQ səviyyəsinin inkişaf etdirilməsinə şərait yaradacaq. Hazırda ölkəmiz İQ baxımından dünya ölkələri arasında 80-ci yerlərdədir. Bu, bizim üçün çox aşağı göstəricidi. Bizim keçmiş və tarixi dövrlərimizdə kifayət qədər intellektual şəxslər olub. Həmin alim və mütəfəkirləri nəzərə alsaq, hazırda yaşanan vəziyyət ürəkaçan səviyyədə deyil. Ona görə də bağçalardan başlayaraq məntiqi biliklər uşaqlara aşılanmalıdır. Vacib deyil ki, bu, akademik səviyyədə olsun, ilkin anlayışları uşaqlara aşılamaq lazımdı. Onlara sadə məntiqi tapşırıqlar etdirməyi öyrətmək vacibdir. İbtidai siniflərədə məntiq azda olsa, tədris edilir, lakin onun vəziyyəti hansı səviyyədə olduğunu bilmirəm. Bunu daha da təkmilləşdirmək mümkündü. Şagirdlərdə müxtəlif üsullarla maraq yaratmaq lazımdır. Məntiq tapşırıqlarını oyunlaşdırıb, onları müxtəlif formalara salaraq anlatmaq olar. Belə olduqda maraq daha da yüksələcək. Məntiqi keçmək yox, onu öyrətmək lazımdır. Bu insanlarımızın İQ səviyyəsinin inkişafına yardımçı olacaq, onların düşüncələrinin formalaşmasına kömək edəcək. Həmçinin, gələcəkdə universitet və magistraturaya qəbulda da məntiqin keçirilməsinə çox böyük kömək olacaq. Belə olduqda bu, rahat şəkildə tətbiq ediləcək”.
Ramil bəy valideynlərə məntiqlə
barədə tövsiyələr verib:
“Valideynlər fərdi olaraq
övladlarının məntiqi inkişafı üçün müxtəlif kitablardan istifadə edə bilərlər.
Kiçik yaşlı uşaqlar üçün məntiq üzrə hazırlanan müxtəlif aspektli kitablar
mövcuddur. Həmin çap məhsulları müxtəlif oyun və əyləncə formatlarında tərtib
edildiyinə görə onun öyrənilməsi də olduqca asandır. Lakin onların nə dərəcdə
mükəmməl olmağı haqqında heç bir məlumatım yoxdur. Amma bu tip kitablar
heç yoxdan yaxşıdır. Valideynlər onları alaraq övladları üçün istifadə edə bilərlər.
Lakin məntiq məktəblərdə olsa, bu, effektivlik yaradacaq, çünki orta təhsil səviyyəsində
keçirilən fənnin yerini heç nə verə bilməz”.

Комментариев нет:
Отправить комментарий