Təhsildə inkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş "Dəyərlər yaradan müasir məktəblər" layihəsinin açılış mərasimi baş tutmusdur. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qönçə Səftərova gələn qonaqları salamlayaraq, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə Təfəkkür liseyinin. Bu layihəsinin də bəyənərək, qalib olması üçün yaradılmış şəraitə görə təşəkkür etdi. Daha
sonra layihə haqqında ətraflı məlumat verdi. Layihənin əsas özəlliyi Sumqayıt şəhərində fəaliyyət göstərən məktəb psixoloqlarının bilik və bacarıqlarının xüsusi təlim metodikası əsasında artırılması durur. Daha sonra layihənin eksperti Aliyə Əhmədova çıxış edərək, bu layihə çərçivəsində görülmüş işlərlə bağlı ətraflı məlumat verdi. Tədbirdə Təfəkkür liseyinin psixoloqu layihənin təlimçisi Laçın Məmmədova, layihənin eksperti Aliyə Əhmədova, N. Tusi adına 12 saylı tam orta məktəbin direktoru Reyhan Baxşıyeva, M.Quliyev adına 3 saylı orta məktəbin direktoru
Ülkər Çəndirli, Təfəkkür liseyinin valideyn komitəsinin sədri şəhid Teymur Əzizovun yoldaşı Zeynəb Səmədova da iştirak edirdi. Daha sonra tədbirin qonaqları layihənin Sumqayıt şəhəri, Sumqayıt təhsili üçün uğurlu olacaqlarını vurğulayaraq, Qönçə Səfərovanı təbrik etdilər. “Peşəkar məktəb psixoloqu” layihəsinin məqsədi məktəb psixoloqlarının yeniyetmələrlə düzgün iş aparmaq sahəsində peşəkarlığının artırılmasına, bu sahədə psixoloji xidmətin təkmilləşdirilməsinə və bu yolla cəmiyyətimiz üçün sağlam düşüncəli gənclər yetişdirilməsinə dəstək verməkdir.
- Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələr həyata keçirilir:
- Psixoloqların yeniyetmələrlə iş sahəsində bilik və
bacarıqlarının yoxlanılması.
- Psixoloqların bilik və bacarıqlarına uyğun olaraq
təlimlər təşkil olunması.
- Təlimlərin həm nəzəri, həm praktik iş olaraq
qurulması.
- Layihənin sonunda yenidən qiymətləndirmə apararaq
təlimlərin effektivliyinin yoxlanılması.
- Təlimlərdən uğurla keçən psixoloqların təltif
olunması.
Artıq məktəb
psixoloqların qeydiyyatına başlanılıb yaxın günlərdə qeydiyyatdan keçmiş
psixoloqlar yeniyetmələrlə işin təşkili barədə bilik və bacarıqları
səviyyələrinin təyin edilməsi üçün pretest ediləcək. Təlimlər oktyabr aylarında
başlayacaq”. Təlimləri peşəkar təlimçilərimiz Təfəkkür liseyinin psixoloqu Laçın
Məmmədova və “Demokratik Gənclər” İctimai Birliyinin sədri, Beynəlxalq dərəcəli
təlimçi Ramil Süleymanov tərəfindən həyata keçiriləcəkdir.



Комментариев нет:
Отправить комментарий