Uşaqlar nağılları niyə sevir ? Və ya valideyn, nənə - baba uşaqlara niyə nağıl danışmalıdır ? Bu çox bəsit, adi bir şey kimi gələ bilər, amma mahiyyətinə vardıqda bir çox açıqlama ilə nağıl danışmağın nə qədər faydalı olmasını izah etmək olar. Nağıl bir terapiya üsuludur. Nitq inkişafı, diqqətin toplanması, təfəkkür , təxəyyül formalaşır, mədəni ünsiyyət qurmasını şərait yaradır, müqayisələr etməyi bacarır, xeyir və şər anlamlarını qavrayır. Təbii nağılların məzmunu da məqsədəuyğun şəkildə xüsusi olaraq seçilməlidir. Məsələn şiddət üslublu nağıllar uşağın psixoloji ovqatına mənfi təsir edir, qorxular, aqressiya, şiddət göstərmə istəyi, ünsiyyət pozğunluğu, yoldaşları ilə yola gedə bilməmə, ailəsindən
uzaqlaşma və hətta iştah pozuntusu belə yaradır. Təhlükə yaradan nağıllar siyahısına " samizdat nağıllar " deyilir. Bəzi nağıllar da var ki, orda cəzalandırma üslubunu görmək olur. Hər bir aildə isterika yaradan, ərköyün böyüdülən, sözə baxmayan uşaq ola bilər. Həmin cəzalandırma nağıllarında da şiddət olmadan hansı formada cəzalandırıb onu mənfi əməllərdən çəkindirmək olar kimi suallarına cavab tapmaq olar. Yəni hər bir uşaq mükafatlandırıldığı kimi, nöqsanlarına görə cəzlandırılmalıdır da. Bəzən uşaqlar məsləhəti sevmir , amma nağıllara qulaq asarkən hansısa mənfi əməlini mütləq o nağılda tapa biləcək. Özünü o nağıldakı qəhrəman və ya obrazın yerində hiss edəcək. Əməllərini götür - qoy edə biləcək.
Bundan başqa, müxtəlif duyğuları qavrayacaq, qarşısına çıxan məsələlər və
ya çətinliklər zamanı
həmin dinlədiyi nağıllar köməyinə
gələcək. Hansı əməllərin zərərli,
hansı əməllərin faydalı olduğunu öyərənəcək.
Terapiya -
bildiyiniz kimi müalicə deməkdir. Nağıl terapiyası ilə
aqressiv , qorxuları və ya fobiyaları olan, ünsiyyət çatışmazlığı sözə baxmayan - isterika
çıxaran, həmçinin davranışında
nöqsanlar, yaramazlıq edən uşaqlar üçün çox əhəmiyyətli vasitədir. Nağılda dinlədiyi nəticə istənilən nöqsanına səmərə
verəcəkdir.
Təhsildə inkişaf və
innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş “Nağıl Terapiyası” layihəsinin
böyük üstünlükləri olacaqdır. Müsahibim layihənin rəhbəri, 167 nömrəli tam orta
məktəbin müəllimi Abbasova Lamiyə xanımdır.
Müsahibim bildirir ki, bu
layihənin əsas müsbət tərəfi, müəyyən psixaloji problemləri olan şagirdləri məhz
bu terapiya ilə sakitləşdirməkdir. Ən
azı axşam vaxtı zamanınızı onlara,
yəni uşaqlara ayıraraq
onları özünüz yatızdırıb, nağıllar danışın. Nağılı sizin
dilinizdən eşitməklə bərabər,
sizi öz yanında görmək,
sizə yaxın olmaq
istəyinin olduğunu unutmayın
! Çünki nağıl danışmaqla bərabər, siz onlarla yaxın təmasda
olacaqsınız. Nağıldakı qəhrəmanların simasını sizin
simanızla canlandırmağa başlayacaq. Çünki siz
onlar üçün qəhrəmansınız, sizə olan
sevgisi, sizi incitdiyi anları
xatırlayıb davranış
qaydalarını düzəltməyə çalışacaqlar.
Öz yoldaşları
ilə oynayarkən, oturarkən nağılı
sərbəst olaraq danışmaq
həvəsi yaranacaq,
dünyagörüşünün formalaşmasına , gələcəkdə dərslərini
daha yaxşı öyrənmə
qabiliyyətinə müsbət təsir
göstərəcəkdir. Digər
saylarımızda buna nümunə
olaraq siz valideynlərə
nağıllar təqdim edəcəyik
ki, bu nağıllardan
istifadə edib övladlarınızın davranışını,
ünsiyyət qurmasını, yoldaşlığı, çətin
şəraitə uyğunlaşmaq kimi məsələləri öyrənməsini formalaşdıra
bilərsiniz.

Комментариев нет:
Отправить комментарий