Qədimdə nəqliyyat vasitələrində dartıcı qüvvə olaraq, əsasən, at və ya mal-qaradan istifadə olunurdu. Lakin elm və texnika inkişaf etdi və avtomobil meydana gəldi. Bununla da yollarda hərəkət sürəti artdı. Yollarda sürət artdığından sürücülərə qarşıdakı yol haqqında məlumat verəcək yol nişanlarına ehtiyac yarandı. Beləliklə də, dünyada ilk yol nişanları XIX əsrin sonlarında, ilk avtomobillərlə birlikdə yarandı.
Əvvəllər hər bir ölkənin öz yol nişanları var idi. Beynəlxalq avtomobil yolları inkişaf etdikcə yol nişanlarının bütün sürücülər tərəfindən başa düşülməsi zərurəti yarandı. Beləliklə də, 1968-ci ildə Vyanada yol hərəkəti haqqında Beynəlxalq Konvensiya qəbul edildi. 1997-ci ildən ölkəmiz də bu Konvensiyaya qoşulmuşdur.
Bu gün müsahibim Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan "Həyatımızı qoruyan nişanlar" layihəsinin rəhbəri Elyana Kərimovadır.
Elyana xanım bu mövzuya müraciət etmək zəruraəti hardan yarandı?
Bu gün bununla bağlı apardığımız araşdırmalar nəticəsində məlum olur ki, təhsil müəssisələrində yol hərəkəti qaydaları haqqında müəyyən tədbirlər keçirilsədə, hətta Həyat bilgisi dərsliyində müəyyən qədər bu mövzuda dərslər salınsada, amma qonşu Rusiya və Gürcüstanda təhsil müəssisələrində bu dərslər ayrıca bir məşğələ kimi həyata keçiurilir və bununla bağlı məktəbləri kordinasiya edən müəyyən məktəblərdə yaradılmış Yol Hərəkəti qaydalarının tədrisi mərkəzləri də fəaliyyət göstərir. Yol hərəkəti qaydalarını bilmək hər bir piyadanın borcudur. Bəs bunun üçün nə etmək lazımdır? Piyada necə maariflənməlidir. Bəlkə elə bu proses məktəb dövründən başlanmalıdır? «Yol hərəkət qaydaları fənn kimi tədris olunmalıdırmı? 2010-cu ildən məktəblərdə bu sahədə çoxsaylı maarifləndirmə proqramları həyata keçirilmişdir. Lakin bunlar sadəcə bir günlük qısa tədbirlər olmuşdur. Bu sahədə uzun müddət apardığım monitorinqlər “Həyat bilgisi” adlandırılan tədris vəsaitində yol hərəkət qaydaları ilə bağlı müəyyən informasiyanın təqdim edilməsinə baxmayaraq, reallıqda bu sahədə işlərin zəif həyata keçirilmişdir. Bunun obyektiv və subyektiv səbəblərdən vardır. Bir müəllim kimi bu problemləri görərək, bu mövzuda layihə hazırladım və qalib oldum. Bu gün layihəmiz Abşeron rayon məktəbləri üzrə həyata keçirilir. Layihə çərçivəsində artıq görüşlər başlanılıb. Təlimlərimiz artıq başlamışdır. Xüsusi bacarıqlı istedalı şagirdlər seçilmiş və onlarla maraqlı təlimlər başlanılmışdır. Layihəmiizə təşkilatlı dəstək "Demokratik Gənclər"İctimai Birliyi tərəfindən verilir. Layihənin eksperti Ülviyyə Abdulova və Təlimçi/ekspert Ramil Süleymanovdur.


Комментариев нет:
Отправить комментарий