Vəliyeva Vəfa- Zərifə Əliyeva adına lisey, 189 nömrəli tam orta məktəb İnformatika müəllimi.
Sosial Sevislər İKT üzrə Təlimçi və Veb2.0 üzrə Baş Təlimçi
İnformasiya cəmiyyətində İKT-nin verdiyi imkanlar əsasında
təhsilin planlaşma və reallaşma dairəsi dəyişir. İKT-nin sürətli inkişafı
təhsilin qloballaşmasına real imkanlar yaradır. Hazırda respublikamızda
bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları
(İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox
böyük önəm verilir.Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə
etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni
tələblər və vəzifələr qoyur. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər,
pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən
təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri
fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini
nəzərə alan texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.
Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə
istifadə edən bir müəllim kimi İKT vasitələri öz geniş imkanları ilə təhsil
prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird
“ tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual
proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa
imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və
yaddaqalan olur. Multimedia vasitələri, kompüter tədris proqramları, rəngarəng
veb 2.0 texnoloji alətlətindən istifadə uşaqların idrak aktivliyinə müsbət təsir
göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif
intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli
artır.
İKT-nin (sosial servislər) imkanlarından tədrisdə istifadə edirəm interaktiv rejimdə keçilən dərslərdə
şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin fərasətini
və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa
həvəsləndirən rolunda çıxış edir. Veb 2.0 alətlərindən istifadə uşaqların
hamısı müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. Bele keçilən dərslər bütün uşaqların, o cümlədən
passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs
prosesinə aktiv qoşulmasına şərait yaradır. Lakin onların hər birinin özünəməxsus cəhətləri də
vardır ki, müəllimlər dərsə hazırlaşarkən bunları nəzərə alır, metodları
mövzunu, uşaqların marağını, sinfin səviyyəsini nəzərə almaqla seçirlər.
Müasir dərsdə uşaqlarda
yaradıcı təxəyyülü inkişaf etdirməyə və idraki müstəqilliyə xidmət göstərən
problemli suallara, düşündürücü məsələlərə xüsusi yer verilməlidir. Belə dərs
şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırır. Müasir dərs müəllimin
dərsə ciddi hazırlaşmasını tələb edir. Buna görə də müəllim yeni texnoloji
servislələrdən necə və nə zaman istifadə edəcəyini qabaqcadan müəyyənləşdirməli,
sinifdə deyəcəyi informasiyanın strukturunu qabaqcadan düşünməli, mövzuya dair
yardımçı yeniliklərdən istifadə etməlidir..Müasir dərs uşaqların dünyagörüşünü inkişaf
etdirməli, onların əqidəcə mətinləşməsinə şərait yaratmalı, dərsdə əyanilikdən
və müxtəlif mənbələrdən alınmış əlavə məlumatlarla onların dərketmə qabiliyyətini
artırmalıdır. Bunun əsasını diferensiallaşdırma,
demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, fərdiləşdirmə və s. prinsiplər
təşkil etməlidir.
Mən təlimci təcrübəmdən bu qənaətə gəlmişəm ki, ilk
novbədə müəllimlər inkişafına ən yaxşı təsir edən metodlardan biri də dialoqdur.Bu
müəllimləri Passiv təhsildən aktiv təhsilə yönəldir.Dialoq isə məhz sosial
servislər olan web 2.0 alətlərində mümkundur.
Gəlin Bir toxunuşla dünyani fəht edək !
Web 2.0 əslində texnoloji bir axındır. Mənim fikrimcə Web 1-də saytlar bir
növ monoloq idi. Fikrinimizi qeyd etməyə imkanı yox idi. Web 2.0 isə bir növ
dialoqdur. Bu vaxt hər bir istifadəçi oz fikrini bildirmək imkani daha coxdur.
Qısaca istifadəçi alətlərin inkişafında rol oynayır. Təbii ki, texnoloji tərəfi
də varAdi bir şəkil canlı bir video klipə cevrilir və dərslərimidə bu
videolardan istifacə edərək daha maraqlı və məzmunlu nəticələr alırıq.Alətlərdə yaratdigimiz hər
bir resursu sosial şəbəkələrində paylaşma imkanımız var Beləcə texnoloji
yeniliklərin də Web 2.0-da böyük rolu olur.
Veb 2
texnologiyaları deyildikdə buraya veb-dizayn, məlumatların yeni ötürülmə
texnikası və insanların İnternet saytlarında cəmiyyət yaratmasını aid etmək
olar.Keçirilən Web2.0 təlimləri
göstərir ki,Yenilikləri həyata keçirərkən
təcrübənin yayılmasına və mübadiləsinə böyük ehtiyac duyürlar , Müəllimlərin
yenilikləri həyata keçirilməsində təcrübələri artdıqca və bu işə daha çox müəllim
cəlb olunduğca, yeni metodiki tövsiyyələrə, ehtiyacları artır. Web
2.0 təlim üzrə müəllimlər üçün məlumatın və müasir texnoloji təcrübənin yayılması ,tətbiqi problemlərin aradan qaldırılması üçün ən səmərəli
və məqsədəuyğun yollarından biridir. Təqdim etdikləri bloqlar vasitəsilə qısa müddətdə gələcək üçün fəal
(interaktiv) təlim üzrə resursların toplanması və təkmilləşdirilməsi mümkün
olacaqdır.Mən əminəm ki, sosial
servislər və web2.0 alətlərinin hər bir müəllim tərəfindən
istifadəsi uşaqların dərs zamanı idrak fəallığını və əməkdaşlıq həvəsini artıracaq. Müəllimlərin
web 2.0 texnologiyalarına yiyələnməsi təhsil ictimaiyyətinə həm də milli-mənəvi
baxımdan böyük önəm kəsb edir. Biz demokratik şəraitində yaşayırıq, bizim
bir çox tarixi abidələrimiz var Düzdür, biz tariximizi bilirik, öyrənirik. Bəs
onun qayğısına necə qalırıq? Necə təbliğ edirik? Bu baxımdan müəllimlər
yaratdıqları təqdimatları, xəritələri, sənədləri
internet istifadəçilərilə paylaşa bilirlər. Cavab olaraq paylaşdığımız insanlar
öz rəylərini mətn vasitəsilə bildirirlər. Nəticədə bir qrupmüəlim bu təqdimat,
xəritə və ya sənəd ətrafında kiçik bir cəmiyyət yaradırlar. Veb
2 texnologiyaları dinamik və interaktivdir, pulsuzdur. İş prinsipi,
naviqasiya çox rahat və dinamikdir. Sadəcə qeydiyyatdan keçib arzu etdiyiniz
resursu yarada bilərsiz. Aşağıda bir sıra Veb 2 alətləri ilə Sizləri
tanış edirik. 4 Multimedia
Slideshare - hazır təqdimatların,
sənədləri, videoların yerləşdirilməsi
Animoto - multimedia
slaydşou yaradılması
PhotoPeach - təqdimatların,
musiqili slayd şou hazırlanması
ProShow WEB - musiqili slayd şou hazırlanması
Fotofilmi - multimedia
fotofilmlərin yaradılması
PhotatoBug - onlayn
slaydşou
TubeSnack - fləş video
pleylistlərin yaradılması
Tripadvisor - multimedia
slaydşou yaradılması
Puzzlecup - onlayn krossvord hazırlama
DreamsBoard - virtual lövhə şəkil+stiker+mətn
Blogspot
-onlayn bloq
Web 2
İnnovasiyadır, yenilikdir, məhsuldarlıqdir, inkişafin təkmilləşdirilməsidir,
yeni layihələrdir,saglam rəqabətdir,yüksək professional yanaşmadır. Bu texnologiyaların tətbiqi
nəticəsində müasir pedaqoji mühitə təhsil
servisi, təhsil trayektoriyası kimi yeni anlayışlar daxil
olur. Bu gün təhsilin müasir texnologiyalara olan tələbatı artır, təhsil
modelləri, təhsil prosesi iştirakçılarının rolları tədricən dəyişir. .İnternetin
imkanlarından biri olan veb 2.0 texnologiyalarını təhsil məqsədləri üçün
istifadə edilməsi, layihə metodundan istifadə etməklə bu imkanları təhsilə tətbiq
edilməsi şagird və tələbələrin tənqidi və yaradıcı təfəkkürlü şəxsiyyətlər
kimi yetişməsinə yardım edən vacib amillərdən biridir.
Yenilik, inam
və məqsəd uğrunda təcrübə yolu sosial
servislər və veb 2.0 alətlərindən uzunmüddətli istifadə
edərək biz müəllimlər
XXI əsr bacarıqlarını
daha tez bir zamanda tətbiq etmis
oluruq.Bu isə Blum nəzəriyyəsinin yuksək
səviyyəsidir
Sitatın sonu :
Ətraflı
çalışaq, doğru şəkildə, diqqətli düşünək, düşündüklərimizi nəzərdən keçirək,
ciddi və səmimi şəkildə tətbiq edək.Onda ugur da bizimlə olacaq liderlikdə
.jpg)
Tebrik edirem, Vefa xanim! Ugur Sizinle olsun!
ОтветитьУдалить